Icma.az
close
up
RU
TARİX YAZAN LİDER: İLHAM ƏLİYEV ANKARADAN GƏLƏN YAZI

TARİX YAZAN LİDER: İLHAM ƏLİYEV ANKARADAN GƏLƏN YAZI

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müzəffər Ali Baş Komandan, qəhrəman Prezidentimiz cənab İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və uğurlar arzulayıram.

Cənab Prezidentin yazdığı qəhrəmanlıq tarixi gələcək nəsillər tərəfindən böyük qürur hissi ilə oxunacaq. Ali Baş Komandan 200 il davam edən tarixin axarını dəyişərək Azərbaycanın torpaqlarını bərpa edib, Azərbaycan xalqına və Türk millətinə böyük qürur bəxş edib.

İlham Əliyev bu gün dünya siyasətində özünəməxsus yeri olan liderdir. Bu mənada, beynəlxalq münasibətlərdə çətin vəziyyətlərdə liderin xalqının və dövlətinin maraqlarına uyğun qərar qəbul etməsi böyük əhəmiyyət daşıyır. Azərbaycanın coğrafi baxımdan xüsusi mövqeyi var. Azərbaycan dünyanın böyük güclərinin maraqlarının toqquşduğu bir bölgədə yerləşir. Bölgədə siyasi çirkin oyunlar oynanılır. Ali Baş Komandan Azərbaycanın maraqlarını qorumaq üçün böyük güclərlə mübarizə aparır. İlham Əliyev bu oyunları pozan güclü liderdir.

İlham Əliyevin siyasi baxışları, dünyagörüşü, yüksək səviyyəli təhsili ona problemləri əvvəlcədən görmə və həll etmə qabiliyyəti qazandırır. Təkcə bu deyil, dövlət və xalq üçün həmin problemləri həll etmə bacarığı da çox yüksək olan bir liderdir. Cənab Prezidentin “nəyi, nə zaman, necə edəcəyəm” ifadəsi hər şeyi aydın şəkildə göstərir. Cənab Prezidentin bir sözü var: “Dünyada çox ciddi problemlər olacaq, ciddi qarşıdurmalar baş verəcək. Azərbaycan dövləti istənilən qarşıdurmaya hazırdır”. Bu isə onu göstərir ki, burada ciddi strateji baxış və qərarvermə mexanizmi mövcuddur. İlham Əliyevin beynəlxalq siyasətdə problemlərin həllində fəal rol oynayan bir lider olduğunu bilirik.

Sonuncu dəfə Rusiya televiziya kanalına verdiyi müsahibədə jurnalist soruşdu: “Siz Rusiya ilə müttəfiqsiniz. ABŞ-Rusiya arasında qarşıdurmaların olması gözlənilir. Azərbaycanın bu məsələ ilə bağlı fikri nədir?” İlham Əliyev bu suala çox gözəl cavab verdi:

“ABŞ-da Tramp hakimiyyətə gəlir. Ümid edirik ki, problemlər o qədər də böyüməyəcək. Azərbaycan olaraq istəyirik ki, münaqişələrdən uzaq durulsun. Rusiya-ABŞ gərginliyinin qalibi olmayacaq. Çünki hər ikisi nüvə silahına malik ölkələrdir. Azərbaycan əvvəl olduğu kimi, NATO-Rusiya görüşmələri üçün bir platforma təmin edəcək.” Beləliklə, cənab Prezident Azərbaycanın sülhpərvər mövqeyini bir daha nümayiş etdirdi.

Cənab Prezident böyük dövlət xadimi, yüksək iradəyə malik, xarizmatik bir liderdir. Beynəlxalq sistemin proseslərini yaxşı bilən, xüsusilə kritik vəziyyətlərdə çevik və ağıllı qərarlar qəbul edə bilən, böyük diplomatik təcrübəyə sahib bir lider kimi xarakterizə edilə bilər. Eyni zamanda, daxili siyasətdə də xalqın mənafeyinə uyğun qərarları ilə milləti tərəfindən sevilən bir rəhbərdir. Ali Baş Komandan bu qədər çirkin siyasətin və oyunların oynandığı bir dünyada Ermənistan kimi arxasını böyük güclərə dayayan, güclü lobbi və diasporası olan bir dövləti məğlub etmiş siyasi xadimdir.

Türk Dövlətləri Təşkilatının bugünkü səviyyəyə çatmasında şübhəsiz ki, Prezident İlham Əliyevin tarixi rolu var. 2014-cü ilin oktyabrında parlamentdə andiçmə mərasimində etdiyi çıxışında deyib: “Xarici siyasətimizin istiqaməti Türk dünyası ilə əlaqələr olacaq. Bizim bir ailəmiz var, o da Türk dünyası ailəsidir. Başqa ailəmiz yoxdur. Hər kəs bunu belə bilsin”. Bu sözlər cənab Prezidentin Azərbaycan xalqına, milli kimliyinə, irqinə, keçmişinə, tarixinə və millətinə nə qədər bağlı olduğunu açıq şəkildə göstərir.

Cənab Prezidentin Türkiyə ilə münasibətlərinə gəldikdə isə: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər beynəlxalq münasibətlərdə müşahidə olunan normal iki dövlət arasındakı münasibətlərdən çox fərqlidir. Çünki iki ölkə qardaşlıq telləri ilə bağlıdır. Sevgi və məhəbbətlə qurulmuş bağlar var. Burada eyni soy, dil, tarix və mədəniyyətdən olmağımız iki ölkə münasibətlərini müəyyənləşdirir və istiqamətləndirir.

Prezident İlham Əliyev Türkiyə ilə münasibətlərə çox həssas yanaşır. Xalq da öz liderinə baxaraq ölkədə təbii fəlakətlər baş verdikdə, məsələn, zəlzələ və yanğın zamanı dərhal yardıma tələsir. İki ölkə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsində iki ölkə liderinin imzaları var. Bu sənəd iki qardaş dövləti lazım gəldikdə bir dövlət kimi hərəkət etməyə imkan verir. Bundan sonra min il keçsə belə, Azərbaycan və Türkiyə arasındakı bu bağlar həmişə xatırlanacaq və iki qardaş ölkə xalqları bunları yol xəritəsi kimi qəbul edəcək.

Müzəffər Ali Baş Komandan, qəhrəman Prezident İlham Əliyevi və Birinci vitse-prezident çox hörmətli Mehriban xanımı Allah Azərbaycan xalqının başından əskik etməsin.

Hulusi Kılıç,
Türkiyənin Azərbaycandakı sabiq səfiri,
“İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Dekabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri