Icma.az
close
up
RU
Ankaranın adamı tarixi parçalanmanı dayandırdı Yeni antiterror tələbi

Ankaranın adamı tarixi parçalanmanı dayandırdı Yeni antiterror tələbi

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Vaşinqton Post” (VP) qəzeti ABŞ-ın Dəməşqə qarşı sanksiyaların qismən ləğvi üçün Suriyaya bir sıra şərtlər irəli sürdüyünü yazıb. Məlumata görə, keçən ay Brüsseldə Prezident Donald Tramp administrasiyasının orta rütbəli rəsmisi Suriyanın yeni xarici işlər nazirinə siyahını təqdim edib.

İddiaya əsasən, Vaşinqton İsraili sakitləşdirmək üçün ABŞ əsgərlərinin Suriyada antiterror əməliyyatları keçirməsinə icazə verilməsini, eləcə də Fələstin təşkilatlarına (xüsusilə HƏMAS) qadağa qoyulmasını istəyir. Lakin bəzi siyasi dairələrdə “Ankaranın adamı” kimi tanınan keçid hökumətinin prezidenti Əhməd əş-Şaaranın bu məsələ ilə bağlı yekun qərarı məlum deyil.

Maraqlıdır ki, fevral ayında Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika Departamentinin direktoru Aleksandr Kinşçak Qərbin Dəməşqə qarşı sanksiyaları ləğv etməyə tələsməyəcəyini demişdi.

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Suriyada müşahidə olunan siyasi yenilənmələr ölkənin gələcək siyasi konfiqurasiyası, təhlükəsizlik strategiyaları və beynəlxalq münasibətləri baxımından yeni dövrün başlandığına işarə edir:

“Prezident Əhməd əş-Şaranın rəhbərliyi altında keçid hökumətinin formalaşması və iqtidarın Suriyanın ərazi bütövlüyünə təhdid yaradan bəzi qruplaşmalarla razılaşması, uzun illər davam edən parçalanmadan sonra ilk dəfə olaraq vahid idarəçiliyə doğru real addımlar kimi dəyərləndirilə bilər.

Tramp administrasiyasına bağlı diplomatik nümayəndə heyətinin Suriyanın yeni xarici işlər nazirinə Brüsseldə bir sıra tələblər təqdim etməsi, zənnimcə, mümkün ssenaridir.

Yeni hökumətin ABŞ-la birbaşa əməkdaşlıq etməsi ehtimalı aşağı olsa da, bəzi fundamental məsələlərin selektiv və məhdud əlaqələndirilməsi inadırıcı görünür. Antiterror əməliyyatlarının, xüsusilə İŞİD və Heyət Təhrir əş-Şam (HTŞ) kimi beynəlxalq səviyyədə tanınan terror təşkilatlarına qarşı yönəlməsi real ssenari hesab oluna bilər. Rəsmi Dəməşqin suverenliyi qorumaq məqsədilə əməliyyatlara hökumətin nəzarətini tələb etməsi də mümkündür”.

Deputat əlavə edib ki, hazırda Suriya ərazisində bir neçə Fələstin mənşəli silahlı və siyasi qruplaşma fəaliyyət göstərir:

“HƏMAS Suriya ərazisində ciddi təsir imkanlarına malik olmasa da, silahlı qruplaşmasının mövcudluğu, eləcə də İran və “Hizbullah”la əlaqələr Vaşinqton tərəfindən risk kimi qiymətləndirilir.

Bununla yanaşı, Suriyada Fələstin İslam Cihadı (PIJ) təşkilatının hələ də fəaliyyətini davam etdirdiyi bildirilir və bu qruplaşma İranın təsir dairəsindədir. Eyni zamanda Suriyada Fələstinlə bağlı PFLP və PLA kimi təşkilatlar da mövcudluqlarını qoruyurlar. Lakin onlar yeni formalaşan hökumətlə əlaqədə olduqları və simvolik xarakter daşıdıqları üçün təhlükə yaratmırlar.

ABŞ, xüsusilə HƏMAS və PIJ-in fəaliyyətinin məhdudlaşdırılmasını, həm diplomatik, həm də təhlükəsizlik baxımından prioritet hesab edir. Lakin əş-Şaara hökumətinin bu təşkilatlara qarşı radikal addım atmaqdan çəkinəcəyi, əvəzinə onların fəaliyyətlərinin məhdudlaşdırılması istiqamətində tədrici addımlar atmaq yolunu seçəcəyi ehtimal olunur”.


Elçin Mirzəbəyli

E.Mirzəbəylinin sözlərinə görə, Suriyadakı reallıqların düzgün dəyərləndirilməsi üçün bir sıra digər məqamlara da diqqət yetirmək vacibdir:

“Əhməd əş-Şaara rəhbərliyindəki keçid hökuməti islahatlara meylli olsa da, bu prosesin sürətli və dərindən aparılması hazırkı şərtlər daxilində qeyri-real görünür.

Təbii ki, etnik kürd qruplaşmaları ilə razılaşma, ərəb dövlətlərinin bəzilərindən gələn dəstək mesajları, xalq arasında dəyişiklik arzusunun yüksək olması ümidverici faktorlar kimi qiymətləndirilə bilər. Lakin İranın bölgədə hələ də davam etməkdə olan təsiri, təhlükəsizlik aparatının mühafizəkar mövqeyi, məzhəbi və etnik gərginliklər, sosial infrastrukturun dağılması islahatların aparılmasına ciddi məneədir, güclü kənar və tərəfsiz dəstək olmadan bu problemlərin aradan qaldırılması çətindir.

O səbəbdən də, yeni hökumətin daha çox mərhələli və tədrici islahatlar yolu ilə siyasi və institusional sabitliyə nail olmaq istəyi daha real görünür. Hökumətdə təmsil olunan qüvvələr, ən azı görüntü olaraq, sekulyar və inklüziv vətəndaş cəmiyyəti ideyasına açıq olsalar da, bu məqsədə nail olmaq üçün vaxt və konsensus tələb edilir”.

Deputat hesab edir ki, Əhməd əş-Şaara hökuməti Suriyada yalnız yeni sabitlik mərhələsinin başlanğıcı ola bilər:

“Hazırda antiterror əməliyyatlarında məhdud beynəlxalq əməkdaşlıq, daxildə isə etnik və siyasi balansın qorunması strategiyasının yürüdüldüyü müşahidə olunur. Hökumətin ölkənin tam ərazisi üzərində effektiv nəzarət qurması mümkündür, lakin bu, yalnız siyasi iradə, sosial barışıq və uzlaşdırılmış beynəlxalq dəstəklə baş tuta bilər.

Tətbiq edilən iqtisadi və diplomatik sanksiyaların isə yalnız real və dərin islahatlar şəraitində tamamilə aradan qalxması ehtimalı böyükdür”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Aprel 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri