Ankaranın “Esenboğa” aeroportunda sərnişin tutumu 10 milyon nəfər artacaq
Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ankaranın “Esenboğa” Beynəlxalq Hava Limanının üçüncü uçuş-enmə zolağı yanvarın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək mərasimdə açılacaq.
AZƏRTAC xəbər verir ki, paytaxtın hava limanında yeni 3750 metrlik uçuş-enmə zolağına əlavə olaraq 77 metr hündürlüyündə hava hərəkətinin idarə edilməsi üzrə müasir qüllə də istifadəyə veriləcək.
Bütün bunlar hava limanının sərnişin tutumunu əhəmiyyətli dərəcədə genişləndirəcək və onların sayı ildə hazırkı 20 milyondan 30 milyona qədər artacaq. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyə mülki aviasiyasının artan potensialına diqqət çəkib: “Türkiyədən cəmi bir saat yarımlıq uçuş məsafəsində ümumi əhalisi 1,5 milyard olan 67 ölkə var”. O, hökumətin aktiv hava limanlarının sayını 58-dən 60-a çatdırmağı planlaşdırdığını da qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 18 Yanvar 2026 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















