Icma.az
close
up
RU
“Anlayırdım ki, vəziyyətim hara gedir...” İlik əməliyyatı olunan həkim

“Anlayırdım ki, vəziyyətim hara gedir...” İlik əməliyyatı olunan həkim

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Onkoloji xəstəliklərin geniş yayıldığı bu dövrdə sümük iliyi transplantasiyası əməliyyatı çoxuna tanışdır. Həm də ona görə ki, artıq iki ildir ki, kifayət qədər ağır və bahalı olan bu əməliyyat ölkəmizdə icbari tibbi sığorta hesabına icra olunur.

“Qafqazinfo” xəbər verir ki, onlardan biri də illərdir pasiyentlərinin sağlamlığı üçün çalışan həkim Aymara Əliyevadır.

Onda çoxsaylı mieloma diaqnozu 2023-cü ildə təsdiqlənib: “5-6 ay ərzində davamlı kimyaterapiyalar başladı, amma remissiya ala bilmirdik. Mənə təcili sümük iliyi transplantasiyası tövsiyə olundu. Çox ümidsiz yerdə idim. Həkim olduğum üçün mən anlayırdım ki, vəziyyətim hara gedir. Bu vaxtda bir xəbər eşitdim. 2023-cü ilin avqustunda bir qohumum zəng etdi ki, qərar çıxdı, təbrik edirəm. Soruşdum nə qərarı? Dedi ki, mielomalı xəstələrdə də icbari tibbi sığorta çərçivəsində sümük iliyi transplantasiyası əməliyyatı olunacaq. Artıq sənin də bu şansın var. Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət etdim. Proses 2024-cü ilin yayınadək çəkdi. Onkoloji xəstə üçün 1 il itirmək bilirsiz nə deməkdir? O prosesi keçdinsə, elə bil həyata yenidən, sıfırdan gəlirsən. Mənim özümdən sağlam hüceyrələr götürdülər. İcbari tibbi sığorta hesabına əməliyyat olundum. Sağ olsun dövlətimiz, belə bir şans yaratdı, başqa cür bunu keçə bilməzdim”.

Həmsöhbətimiz hazırda bərpa dövründə olduğunu, müalicəsinin davam etdiyini deyir. Həm də artıq həkim kimi işinin başına dönüb.

Birinci sinfi bitirəndə leykoz xəstəliyi aşkarlanan Əlirza Zülfüqarlı isə yalnız illər sonra - bu xəstəliyin icbari tibbi sığortanın Xidmətlər Zərfinə salınmasından sonra əməliyyat oluna bilib.

Atası Valeh Zülfüqarovun sözlərinə görə, övladı dəfələrlə kimyaterapiya alsa da, xəstəlik 3 dəfə geri qayıdıb: “Oğlumun xəstəliyinin ikinci qayıdışında dedilər ki, ilik transplantasiyası olmalıdır. O vaxt bu əməliyyat xaricdə mümkün idi. Biz də çoxuşaqlı ailəyik, 6 uşağım var, maddi baxımdan çətinliyimiz var idi. O zaman şüa terapiyası aldı. 7 ildən sonra, xəstəliyin üçüncü qayıdışında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdik. Bizi Talassemiya Mərkəzinə yönləndirdilər, analizlər yoxlanıldı. Bu ilin aprelində oğluma 13 yaşlı bacısından ilik köçürüldü. Həkimlər əllərindən gələni etdilər. Hazırda oğlumun 17 yaşı var, vəziyyəti normaldır. Ailəmiz adından İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, bütün həkimlərə minnətdarlığımızı bildirmək istəyirəm”.

Sözügedən əməliyyatlar Səhiyyə Nazirliyinin Talassemiya Mərkəzində həkim Nərgiz Əliyevanın rəhbərliyi altında aparılır.

Həkim deyir ki, Azərbaycanda olunan sümük iliyi transplantasiyası əməliyyatları nəticələrinə görə heç də Avropa ölkələri və Türkiyədən geri qalmır: “Sümük iliyi tranplantasiyası əməliyyatının iki növü var: otoloji (xəstənin öz sağlam hüceyrələrinin toplanaraq özünə köçürülməsi” və allogenik (donordan köçürmə). Bu ağır əməliyyatdır, xəstələr 45-60 gün vakuum sistemi altında yüksək doz polikimyaterapiya alırlar. Yeni ilik verilməsi prosesi 2-3 həftə ərzində həyata keçirilir. Biz xəstələri steril şəraitdə saxlayıb iliyin yerləşmə faizini alandan sonra evə buraxırıq. 2 il müddətində xəstə bizim nəzarətimizdə olur. Sümük iliyi transplantasiyası əməliyyatlarının icbari tibbi sığorta ilə təminata alınmasından sonra xəstələrin sayı 70 faizə qədər artıb. Bu əməliyyatlar böyük vəsait tələb etdiyinə görə əvvəllər bir çox xəstələr gələ bilmirdilər. Amma indi müraciət edənlərin sayı çoxdur, çalışırıq ki, onların hamısına kömək edək”.

N.Əliyevanın sözlərinə görə, icbari tibbi sığorta təkcə pasiyentlər üçün faydalı olmayıb, həmçinin həkimlər üçün də şərait yaradıb: “İcbari tibbi sığorta həm pasiyentlərə, həm də həkimlərə çox böyük dəstək oldu. Əvvəl xəstələrə hansısa səbəbdən kömək edə bilməyəndə, hansısa dərmanı tapa bilməyəndə, vəsait ayrılmayanda biz də o stresi yaşayırdıq. Bu əməliyyatın icbari tibbi sığorta təminatına alınmasından sonra bizə də rahatdır, xəstəyə demirik ki, hansısa dərmanı tapın”.

Qeyd edək ki, əməliyyat yalnız tibbi göstəriş əsasında həyata keçirilir. Pasiyent ona orqan çatışmazlığı diaqnozu qoyulduğu zaman ilkin məlumat əldə etmək məqsədilə Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nə müraciət etməlidir. Sənədlər təqdim edildikdən sonra Mərkəz tərəfindən vətəndaş müvafiq tibb müəssisələrinin birinə yönləndirilir. Qeyd edək ki, xəstəliyin diaqnostikası, reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, laborator və instrumental müayinələr, qidalanma həm donor, həm resipiyent üçün icbari tibb sığorta tərəfindən qarşılanır. Eyni zamanda transplantasiya üçün bir canlı donorun hazırlanması və əməliyyatı tibbi xidmətin tarifinə daxildir.

Gülnar Əliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri