Icma.az
close
up
RU
AccessBank 2025 ci ili gəlir və aktivlər üzrə artım ilə başa vurub

AccessBank 2025 ci ili gəlir və aktivlər üzrə artım ilə başa vurub

Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci ilin maliyyə nəticələrinə əsasən, “AccessBank” ASC fəaliyyət miqyasını genişləndirsə də, artan xərclər və ehtiyatlara ayırmalar fonunda xalis mənfəət göstəricisində azalma qeydə alınıb.

Marja xəbər verir ki, hesabat dövründə Bankın xalis mənfəəti 49 milyon 52 min manat təşkil edib. Bu göstərici 2024-cü ildə qeydə alınmış 54 milyon 62 min manatla müqayisədə 5 milyon 10 min manat və ya 9,3% azalma deməkdir. Analiz göstərir ki, mənfəətin azalması əsasən xərclərin sürətli artımı və mümkün zərərlər üçün yaradılan ehtiyatların əhəmiyyətli şəkildə yüksəlməsi ilə bağlıdır.

Gəlirlər üzrə müsbət dinamika qorunub

2025-ci ildə “AccessBank”ın faiz gəlirləri 256 milyon 176 min manata çatıb. Bu, əvvəlki illə müqayisədə 31 milyon 742 min manat və ya 14,1% artım deməkdir ki, bu da kredit portfelinin genişlənməsi və aktiv əməliyyatların artması ilə izah olunur.

Qeyri-faiz gəlirləri isə 18 milyon 546 min manat olub. Bu göstərici illik müqayisədə 432 min manat və ya 2,4% artaraq Bankın komissiya və xidmət gəlirlərində nisbi sabitliyin qorunduğunu göstərib.

Beləliklə, 2025-ci ildə Bankın cəmi əməliyyat gəlirləri 274 milyon 722 min manat təşkil edib. Bu məbləğ 2024-cü ildəki 242 milyon 548 min manatla müqayisədə 32 milyon 174 min manat və ya 13,3% çoxdur.

Xərclər gəlirlərdən daha sürətlə artıb

Hesabat ilində Bankın faiz xərcləri 100 milyon 208 min manata yüksəlib. Bu, bir il ərzində 16 milyon 16 min manat və ya 19% artım deməkdir və əsasən depozit portfelinin böyüməsi və maliyyə resurslarının maya dəyərinin yüksəlməsi ilə əlaqələndirilir.

Qeyri-faiz xərcləri isə 98 milyon 178 min manat təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 10 milyon 376 min manat və ya 11,8% artıb ki, bu da inzibati və əməliyyat xərclərinin genişlənməsini əks etdirir.

Nəticədə, Bankın cəmi əməliyyat xərcləri 198 milyon 386 min manata çatıb. Bu, illik müqayisədə 26 milyon 392 min manat və ya 15,4% artım deməkdir və gəlirlərin artım tempini üstələyib.

Ehtiyatlara ayırmalar mənfəətə ciddi təzyiq göstərib

2025-ci ildə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmalar 16 milyon 253 min manat olub. Bu göstərici 2024-cü ildəki 7 milyon 494 min manatla müqayisədə 8 milyon 759 min manat və ya təxminən 2,2 dəfə çoxdur. Analitik qiymətləndirmələrə görə, kredit portfelinin genişlənməsi fonunda risklərin artması ehtiyat ayırmalarının yüksəlməsinə səbəb olub.

Aktivlərdə ikirəqəmli artım qeydə alınıb

2025-ci ilin sonuna Bankın cəmi aktivləri 1 milyard 770 milyon 369 min manata çatıb. Bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə 285 milyon 75 min manat və ya 19,2% artım deməkdir. Aktivlərin artımı Bankın bazardakı mövqelərinin möhkəmləndiyini göstərir.

Kredit portfeli əhəmiyyətli dərəcədə genişlənib

Hesabat dövrünün sonunda Bankın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1 milyard 334 milyon 199 min manat olub. Bu, bir il ərzində 182 milyon 649 min manat və ya 15,9% artım deməkdir.

Kredit portfelinin strukturunda istehlak kreditləri 289 milyon 169 min manata çatıb. Bu seqment üzrə artım 50 milyon 27 min manat və ya 20,9% təşkil edib və pərakəndə kreditləşmənin fəallaşdığını göstərib.

Biznes kreditləri 1 milyard 22 milyon 870 min manat olub ki, bu da 120 milyon 990 min manat və ya 13,4% artım deməkdir və Bankın real sektorun maliyyələşdirilməsində rolunun artdığını əks etdirir.

Daşınmaz əmlak üzrə ipoteka kreditləri isə 22 milyon 160 min manata yüksəlib. Bu göstərici bir il ərzində 11 milyon 632 min manat və ya 2 dəfədən çox artım deməkdir.

Depozit bazası genişlənməkdə davam edib

2025-ci ilin sonuna Bankın depozit portfeli 1 milyard 132 milyon 381 min manat təşkil edib. Bu, illik müqayisədə 105 milyon 898 min manat və ya 10,3% artım deməkdir.

Fiziki şəxslərin depozitləri 893 milyon 187 min manata çatıb. Bu göstərici 85 milyon 705 min manat və ya 10,6% artım deməkdir və əhalinin Banka etimadının qorunduğunu göstərir.

Hüquqi şəxslərin depozitləri isə 239 milyon 194 min manat olub ki, bu da təxminən 19 milyon manat və ya 8,7% artım deməkdir.

Kapital mövqeyi güclənib

2025-ci ilin sonuna “AccessBank” ASC-nin məcmu kapitalı 234 milyon 398 min manata yüksəlib. Bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə 49 milyon 374 min manat və ya 26,7% artım deməkdir və Bankın maliyyə dayanıqlığının gücləndiyini göstərir.

Ümumi qiymətləndirmə

Analiz göstərir ki, 2025-ci ildə “AccessBank” əməliyyat həcmini və bazar payını artırsa da, xərclərin və risklərə qarşı ehtiyatların sürətli artımı xalis mənfəət göstəricisinə təzyiq göstərib. Mövcud dinamika Bankın aktiv böyümə strategiyası fonunda risklərin idarə olunmasının əsas prioritet olaraq qaldığını ortaya qoyur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://marja.az
archiveBu xəbər 22 Yanvar 2026 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri