Icma.az
close
up
RU
Antalya Diplomatiya Forumu: Azərbaycana olan güclü etimad! ŞƏRH

Antalya Diplomatiya Forumu: Azərbaycana olan güclü etimad! ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Prezidenti İlham Əliyevin və və birinci xanım Mehriban Əliyevanın aprelin 11-13 tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən IV Antalya Diplomatiya Forumunda iştirakı heç şübhəsiz ki, ölkəmizin beynəlxalq nüfuzunun davamlı artmasının növbəti təsdiqidir. Bu təkcə qardaş Türkiyənin Azərbaycanı da belə mötəbər beynəlxalq tədbirdə görmək arzusu ilə əlaqələndirilə bilinməz. Çünki bu ilk növbədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Cənubi Qafqazda mühüm və aparıcı rolu, dünya birliyində getdikcə yüksələn edimad və tərəfdaşlıq sambalı ilə bağlıdır. Tədbirdə əvvəlcə Türkiyənin xarici işlər naziri Hakan Fidan giriş nitqi ilə çıxış edib. O, Forumun əhəmiyyətini vurğuladı, tədbirdə çox nüfuzlu qonaqların iştirak etdiyini deyib.

Forumda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək hazırda dünyada mövcud olan problemlərin müzakirəsinin vacibliyini vurğulayıb və bu baxımdan Forumun roluna toxunub.

Qeyd edək ki, qlobal çağırışlarla bağlı müzakirələrin aparılması, onların həlli yollarının tapılması kimi məsələlərdə dünyanın aparıcı platformalarından biri olan “Antalya Diplomatiya Forumu”nda 20-dən çox dövlət və hökumət başçısı, 70-dən artıq nazir olmaqla ümumilikdə 140 ölkədən 450-dək yüksəksəviyyəli nümayəndə iştirak edib.

Forum çərçivəsində müxtəlif formatlarda keçirilən 50-dən artıq tədbirdə Yaxın Şərqdən Asiya və Sakit okean hövzəsinə, Afrikadan Latın Amerikasına qədər geniş coğrafiyada qlobal çağırış və təhdidlərlə yanaşı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt kimi dünya gündəmində mühüm yer tutan məsələlər ətrafında müzakirələr aparılıb.

Prezident İlham Əliyevin bu forumda iştirakı bir daha göstərir ki, Azərbaycan yalnız regionda deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi qəbul edilir. Dövlətimizin başçısının beynəlxalq münasibətlər sahəsində zəngin təcrübəsi, strateji baxışları və praqmatik yanaşmaları onu beynəlxalq platformalarda böyük maraqla qarşılanan Liderə çevirib. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən forumlar və zirvə görüşləri təkcə diplomatik formatda deyil, həm də məzmun və nəticələr baxımından yeni keyfiyyət mərhələsinə yüksəlir.

Azərbaycan və Türkiyə arasında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş "Bir millət, iki dövlət" prinsipinə əsaslanan münasibətlər bu gün hər iki ölkənin rəhbərlərinin siyasi iradəsi və şəxsi dostluqları sayəsində ən yüksək zirvəyə çatıb. Bu münasibətlər təkcə iki qardaş ölkə arasında deyil, həm də regionun təhlükəsizliyi və inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında formalaşmış qarşılıqlı etimada əsaslanan əməkdaşlıq bu birliyin davamlılığını və gücünü təmin edən əsas amillərdəndir.

Antalyada keçirilən görüşlər Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair əhəmiyyətli fikir mübadiləsi üçün geniş imkanlar yaradıb. Xüsusilə Forum zamanı Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndələri ilə keçirilən görüşlər çox əhəmiyyətlidir. Bu səfər, həmçinin ikitərəfli əməkdaşlığın siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə və digər sahələrdə daha da dərinləşdirilməsi baxımından mühüm addımdır. Bununla yanaşı, Azərbaycan və Türkiyə bu gün regional təhlükəsizliyin təminatçıları, sülh və əməkdaşlığın təşəbbüskarları kimi çıxış edirlər.

Antalya Diplomatiya Forumu ilə bağlı daha bir məqama diqqət edək. Cənubi Qafqazla bağlı Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin paneli, eləcə də Rusiya ilə Ukraynanın XİN rəhbərlərinin tədbirə qatılması, Suriya, Yəmən, Livan kimi bu gün dünyada müxtəlif problemləri olan ölkələrin, eləcə də bir çox Avropa dövlətlərinin nazirləri və digər yüksəkvəzifəli şəxslərinin iştirakı ilə bu platforma bir daha qlobal dünyada diplomatiyadan önəmli bir vasitə kimi istifadə etməyin nə qədər vacib olduğunu ortaya qoydu. Tam əminlik yaradır ki, bundan sonrakı Antalya Diplomatiya forumları da dünyada sülhə, əmin-amanlığa, parlament və diplomatiyanın həmahəng şəkildə fəaliyyətindən irəli gələrək, növbəti uğurlu mərhələlər həyata keçirərək qarşıdurmaların, münaqişələrin həllinə, eləcə də sülh sazişlərinin imzalanması kimi bir çox vacib məsələnin həllinə töhfə verəcək.

Bəli, Prezident İlham Əliyevin Antalyaya işgüzar səfəri və Antalya Diplomatik Forumunda iştirakı təkcə iki ölkə arasında strateji münasibətlərin daha da möhkəmləndirilməsi baxımından deyil, həm də Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi və sülh təşəbbüslərinin irəlilədilməsi baxımından mühüm hadisəyə çevriləcək.

Azərbaycanın artan beynəlxalq nüfuzu, onun iqtisadi, enerji və nəqliyyat qovşağı kimi bütün dünyada son dərəcə əhəmiyyətli ölkəyə çevrilməsi, hər şeydən öncə ölkəmizin gələcək inkişafı üçün böyük əminlik yaradır.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Aprel 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri