Icma.az
close
up
RU
Antalya Forumu əvvəlki forumlardan müəyyən qədər fərqlənəcək ŞƏRH EDİLDİ

Antalya Forumu əvvəlki forumlardan müəyyən qədər fərqlənəcək ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Antalya Diplomat Forumu" beynəlxalq münasibətlər və regional proseslər baxımından getdikcə maraqlı bir platformaya çevrilməkdədir. Hər il onun iştirakçılarının və müzakirə etdiyi məsələlərin dairəsi genişlənir. Bu forumlar Azərbaycanın və Türkiyənin də xüsusi maraqlarında olan platformadır. Azərbaycan və Türkiyə bir regionun ən mühüm oyunçuları olaraq bütün regional və qlobal beynəlxalq məsələlərə öz mövqelərini nümayiş etdirə bilirlər". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, öz siyasətlərini müdafiə və təşviq edə bilirlər: "Belə şəraitdə "Antalya Forumu" dünyanın yeni indiki düzən formalaşma prosesində Azərbaycanın və Türkiyənin konsepsiyalarının nümayiş olunması üçün əlverişli bir imkandır. "Antalya Forumu"nda sözsüz ki, yeni dünya düzəni vacib məsələlərin müzakirəsi gözlənilir. Bunlar, həm Azərbaycanın, həm Türkiyənin maraqlarındadır. Xüsusilə də, Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və Cənub Şərqi Asiya ölkələrinin imkanlarının birləşdirilməsində Azərbaycanın və Türkiyənin iradəli siyasət aparmaları olduqca əhəmiyyətlidir. Eyni zamanda Azərbaycan və Türkiyə Avrasiyanın bu məkanlarının birləşdirilməsi yönümündə çox əhəmiyyətli imkanlara malikdirlər. Nəzərə alsaq ki, Avrasiya məkanı yeni dünya düzəninin formalaşmasında təsirli rol oynayır və onun rolu artacaq".

Siyasi şərhçi bildirir ki, belə şəraitdə Avrasiyanın iki aparıcı ölkəsi üçün bu cür platformalarda fəal iştirak mühüm nəticələr ortaya qoya bilər ki, burada söhbət birinci növbədə Azərbaycan və Türkiyədən gedir: "Antalya Forumu"nun əsas diqqət mərkəzində olacaq məsələlər: Cənubi Qafqazda sülh Mərkəzi Asiya ölkələri ilə Avropanın əlaqələndirilməsi, Mərkəzi Asiya ilə Yaxın Şərqin əlaqələndirilməsi, Yaxın Şərqdə sülh məsələləri, Suriyada sülh quruculuğu və s. bu kimi məsələlər, həm Azərbaycanın, həm Türkiyənin maraqları daxilində bir nömrəli məsələlər sayılır. Eyni zamanda bütün bu məsələlərlə bağlı Azərbaycanın və Türkiyənin mövqeyi demek olar ki, üst-üstə düşür. Belə şəraitdə "Antalya Forumu", eyni zamanda Azərbaycan və Türkiyə müttəfiqliyinin strateji bir proses olduğunun nümayişi baxımdan da əhəmiyyətli olacaq. Eləcə də, Yaxın Şərqdə gərginləşən vəziyyətin Türkiyə-İsrail münasibətlərinə getdikcə daha ciddi təsir səviyyəsinə çıxmasında "Antalya Forumu"nun yəqin ki, diqqət mərkəzində olacaq. Bu Azərbaycan üçün də maraqlı məsələlərdir. Çünki Azərbaycan, həm İsrail, həm də Türkiyə ilə yaxşı münasibətlərə malikdir. Türkiyənin strateji müttəfiqi, İsrail və Azərbaycanın sıx hərbi-siyasi əməkdaşlığı var. Belə şəraitdə Türkiyə və İsrailin münasibətlərinin nəzarətdən çıxmaması yönündə Azərbaycanın malik olduğu imkanlar önəmli rol oynaya bilər.

Bir sözlə, "Antalya Forumu" əvvəlki forumlardan müəyyən qədər fərqlənəcək. Bu forum yeni dünya düzəni prosesi üçün əvvəlkilərlə müqayisədə daha aydın perspektivin açıldığı bir dönəmə təsadüf edir. Eyni zamanda bu forum köhnə dünya düzəninin dağılmasının daha sürətlə getdiyi dövrdə baş verir. Bunlar sözsüz ki, Antalya Forumunun effektivliyinə təsir göstərəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Aprel 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri