Antalyada COP31 konfransı işini davam etdirir
Azertag saytına istinadən Icma.az xəbər verir.
Antalya, 11 noyabr, AZƏRTAC
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) üçüncü günündə işini davam etdirir.
AZƏRTAC xəbər verir ki, noyabrın 9-da fəaliyyətə başlayan və noyabrın 20-dək davam edəcək beynəlxalq konfransın bugünkü proqramında əsas diqqət “Sıfır tullantı” mövzusuna yönəlib. Gün ərzində tullantıların azaldılması, resurslardan səmərəli istifadə, metan emissiyalarının məhdudlaşdırılması və dövri iqtisadiyyatın inkişafı məsələlərinin müzakirəsi nəzərdə tutulur.
COP31-in üçüncü günü, eyni zamanda, Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin ilk günüdür. Noyabrın 11-12-də keçirilən sammitdə dövlət və hökumət başçıları bir araya gələrək qlobal iqlim gündəliyini, beynəlxalq əməkdaşlığın gücləndirilməsini və iqlim öhdəliklərinin praktiki nəticələrə çevrilməsini müzakirə edəcəklər.
Tədbirlər çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə, enerji keçidi, davamlı inkişaf, maliyyələşdirmə və ekoloji dayanıqlılıq kimi aktual məsələlərin diqqət mərkəzində olması gözlənilir.
Türkiyənin ev sahibliyi etdiyi COP31 dünyanın 197 ölkəsinin və müxtəlif beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirir.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 11 Noyabr 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















