Antalyadan Yekaterinburqa uçan təyyarədə ölüm hadisəsi qeydə alınıb
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin Antalya şəhərindən Yekaterinburqa uçan sərnişin təyyarəsi Qazaxıstanın Atırau hava limanına təcili eniş edib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, buna səbəb təyyarənin göyərtəsindəki bir kişinin vəziyyətinin kəskin şəkildə pisləşməsi olub və təyyarə heyəti Atırau hava limanında təcili eniş etmək qərarına gəlib.
Təyyarəni hava limanında təcili yardım maşını qarşılayıb. Həkimlər təyyarədə halı pisləşən sərnişinə müdaxilə etsələr də, lakin onu xilas etmək mümkün olmayıb.
Polis hadisənin bütün hallarını aydınlaşdırmaq məqsədilə araşdırmaya başlayıb. Bildirilib ki, ölümün ilkin səbəbi kəskin ürək çatışmazlığı olub.
Mərhumun cəsədi təyyarədən götürüldükdən sonra qalan sərnişinlərin olduğu təyyarə Yekaterinburqa uçub.
Anar
Bu mövzuda digər xəbərlər:Antalyadan uçan təyyarədə dava: iki ukraynalı və iki qazax...
14 Fevral 2025 11:37
Sumqayıtda ölüm hadisəsi qeydə alınıb
01 İyul 2026 20:45
Antalyadan dünyaya çağırış
12 Aprel 2025 11:36
Antalyadan turistlərini itirir
09 Sentyabr 2026 00:25
Yekaterinburqa uçan sərnişin təyyarəsinin ön şüşəsi çatlayıb
05 Mart 2025 17:39
Baxış sayı:86
Bu xəbər 26 Avqust 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















