Icma.az
close
up
RU
Antalyadan dünyaya çağırış

Antalyadan dünyaya çağırış

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aprelin 11-də Türkiyənin Antalya şəhərində “Antalya Diplomatiya Forumu”nun açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Tədbirdə əvvəlcə Türkiyənin xarici işlər naziri Hakan Fidan giriş nitqi ilə çıxış etdi. O, Forumun əhəmiyyətini vurğuladı, tədbirdə çox nüfuzlu qonaqların iştirak etdiyini dedi.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi. Türkiyə dövlətinin başçısı hazırda dünyada mövcud olan problemlərin müzakirəsinin vacibliyini vurğulayaraq, bu baxımdan Forumun roluna toxundu.

Qeyd edək ki, qlobal çağırışlarla bağlı müzakirələrin aparılması, onların həlli yollarının tapılması kimi məsələlərdə dünyanın aparıcı platformalarından biri olan “Antalya Diplomatiya Forumu”nda 20-dən çox dövlət və hökumət başçısı, 70-dən artıq nazir olmaqla ümumilikdə 140 ölkədən 450-dək yüksəksəviyyəli nümayəndə iştirak edir.

Forum çərçivəsində müxtəlif formatlarda keçiriləcək 50-dən artıq tədbirdə Yaxın Şərqdən Asiya və Sakit okean hövzəsinə, Afrikadan Latın Amerikasına qədər geniş coğrafiyada qlobal çağırış və təhdidlərlə yanaşı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt kimi dünya gündəmində mühüm yer tutan məsələlər ətrafında müzakirələr aparılacaq.

Dünəndən dünyanın diqqəti Türkiyəyə yönəlib. Aprelin 11-də qardaş ölkədə IV Antalya Diplomatiya Forumu (ADF2025) işə başlayıb.  Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) ev sahibliyi ilə keçirilən tədbir aprelin 13-dək davam edəcək. Budəfəki forum “Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq” mövzusunu əhatə edir.

Ənənəvi olaraq dövlət və hökumət başçılarını, diplomatları, elm adamlarını, analitikləri, media təmsilçilərini və digər yüksək səviyyəli şəxsləri bir araya gətirən, qlobal və regional məsələlərin müzakirə olunduğu beynəlxalq platformaya Azərbaycan Prezidenti İlham Əliyevin dəvət alması və ölkəmizin tədbirdə geniş nümayəndə heyəti ilə iştirak etməsi xüsusi məna daşıyır. Bunu müxtəlif baxış bucaqlarından dəyərləndirmək mümkündür.

Beynəlxalq miqyasda Azərbaycana və onun Liderinə artan inam Azərbaycan Prezidentinin Antaliya Diplomatiya Forumuna dəvət almasını qlobal miqyasda ölkəmizlə bağlı yaranan yaxşı ənənənin davamı kimi dəyərləndirmək mümkündür. Son illərdə Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib. Dünyada izlənilən narahatlıqlar fonunda Azərbaycanın dinamik inkişafı, möhkəm daxili sabitliyi, buradakı xalq-iqtidar həmrəyliyi və əlbəttə ki, cəmiyyətin tolerantlığı diqqətdən kənarda qalmır. Ayrı-ayrı beynəlxalq təşkilatlar ölkəmizin hər cəhətdən müsbət reallıqlarını nəzərə almaqla öz tədbirlərinin məhz Azərbaycanda keçirilməsini arzulayırlar. Ötən ilin noyabr ayında respublikamız BMT-nin ən böyük iqlim konfransına - COP29-a ev sahibliyi etdi. Bu, böyük məsuliyyət idi. Ancaq indiyədək ev sahibliyi etdiyi bütün beynəxalq tədbirlərdə yeni yüksək standartlar müəyyənləşdirən Azərbaycan bu dəfə də bacardı və substantiv nəticələrlə yadda qalan nümunəvi iqlim konfransı keçirməyə nail oldu. Bütün bunlar respublikamızın aparılan ardıcıl və məqsədyönlü siyasətin sayəsində dünya miqyasında sayılıb-seçilən, yüksək nüfuz qazanan ölkəyə çevrildiyini əyani şəkildə təsdiqləyir.

Azərbaycanın dövlət başçısına növbəti beynəlxalq tədbirdə iştirak üçün dəvət göndərilməsini şərtləndirən digər mühüm amil isə Prezident İlham Əliyevin yüksək beynəlxalq nüfuzu ilə bağlıdır. Azərbaycanın dövlət başçısı milli səviyyədə qurucu və xəlqi Lider kimi qəbul olunur. O, eyni zamanda, davamlı şəkildə regional və qlobal əməkdaşlığın dərinləşdirlməsini, beynəlxalq həmrəyliyin gücləndirilməsini, dünya miqyasında təhlükəsizliyin təmin olunmasını, milli-dini-irqi ayrı-seçkiçiliyə son qoyulmasını hədəfləyən təşəbbüslər irəli sürür. Bu da dünyada təqdirlə qarşılanır. Son bir neçə ildə Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət Görüşündə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Görüşündə, Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərində, Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində, SPECA - Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi BMT Proqramının Zirvə Görüşündə, Davos Dünya İqtisadi Forumunda iştirakı ölkəmizə və İlham Əliyevin liderlik keyfiyyətlərinə beynəlxalq səviyyədə artan inamın, hörmətin əyani təcəssümüdür. Prezident İlham Əliyev qatıldığı əksər beynəlxalq tədbirlərdə həmişə müzakirələrin mərkəzində olur, müxtəlif məsələlərə öz münasibətini bildirir və səmərəli təkliflər irəli sürür. Bu günlərdə Bakıda, ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirildi. Həmin tədbirdə, belə demək mümkündürsə, dünya gündəliyi çox incəliklə müzakirə olundu və dövlətimizin başçısı qlobal əhəmiyyətli məsələləri konstruktiv əsasda dəyərəndirərək mühüm mesajlarını verdi. Bakıdakı tədbirin ardınca Prezident İlham Əliyev Antalya Diplomatiya Forumuna dəvət alıb. Belə görünür ki, Azərbaycan Prezidentinin dəyərləndirmələri və mesajları yenə də dünya siyasi elitasının diqqət mərkəzindədir və diskussiyaların davam etdirilməsinə ehtiyac var.

Burada Azərbaycanla Türkiyənin əksər məsələlərdə mövqelərini uzlaşdırmalarına da diqqət çəkmək yerinə düşər.  Bu gün Azərbaycanla Türkiyənin əməkdaşlığı regional sabitlik və inkişaf üçün həlledici faktor qismində çıxış edir. Müttəfiqlik münasibətləri böyük siyasətçi Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə əsaslanan  Azərbaycan və Türkiyə sülhün, davamlı əməkdaşlığın, ədalətli dünya nizamı qurulmasının, yaranan çağırışlar qarşısında güclü həmrəyliyə nail olunmasının tərəfdarıdırlar. Antalya forumunda birgə iştirak AzərbaycanTürkiyə dostluğunun, qardaşığının və müttəfiqliyinin növbəti təsdiqidir.

Dünya üçün yeni səmərəli müzakirə platforması

Antalya Diplomatiya Forumu çox doğru olaraq dünya üçün yeni əlverişli müzakirə platforması kimi dəyərləndirilir. Forumun əsası 2021-ci ildə qoyulub. Qlobal səviyyədə ildən-ilə artan maraq, iştirakçı ölkələrin coğrafiyasının genişlənməsi, necə deyərlər, onun həyat qabiliyyətinin kifayət qədər yüksək olmasından xəbər verir.  2024-cü ildə keçirilən forumda 19 dövlət və hökumət başçısı, 148 ölkədən 250 nümayəndə, 16 beynəlxalq təşkilatın təmsilçisi bir araya gəlib. Dörd mindən çox qonağın qatıldığı ADF2025-də dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısı iştirak edir. Tədbirdə 50-dən çox ölkə xarici işlər nazirləri də daxil olmaqla, 70-dən artıq nazirlə təmsil edilir. Foruma, həmçinin təxminən 60 yüksəksəviyyəli beynəlxalq təşkilatın nümayəndələri qatılıb. Tədbirin işini 50 ölkədən minə yaxın jurnalist işıqlandıracaq.

Üç gün davam edəcək tədbir çərçivəsində iqlim dəyişikliyi, terrorizmlə mübarizə, humanitar yardım, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi və süni intellekt kimi qlobal gündəmin önəmli mövzularının müzakirə ediləcəyi 50-dən çox sessiyanın keçirilməsi nəzərdə tutulur. Tədbirdə müzakirələri aparılacaq mövzular Yaxın Şərqdən Asiya-Sakit okean regionuna, Afrikadan Latın Amerikasına qədər geniş coğrafiyanı əhatə edəcək.

Budəfəki forum üçün “Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq” mövzusunun müəyyənləşdirilməsi heç də təsadüfi deyil. Hazırda dünyanın nizamı dəyişib. Qlobal mənzərə ciddi narahatlıq doğurur. Biz məyusluqla müşahidə edirik ki, BMT getdikcə daha çox dərəcədə kəsərsiz təsisata çevrilir. Bir sıra hallarda beynəlxalq hüququn arxa plana keçdiyinin, bunun əvəzində güc amilinin, ikili yanaşmaların önə keçdiyinin şahidi oluruq. İzlənilən reallıqlar fonunda elə təsəvvür yaranır ki, diplomatiyanın önəmi azalıb, hər şeyi güc tətbiqi yolu ilə həll etmək mümkündür. Antalya forumunun ideyası isə bu təhlükəli tendensiyanın dayandırılmasının zəruriliyinə vurğu edir - geosiyasi və geoiqtisadi məsələlərin həllində hipersilahların tətbiqinə “yaşıl işıq” yandırılmamalı, ənənəvi diplomatiyadan istifadə olunmalıdır.

Forum çərçivəsində aparılan müzakirələrdə Ankaranın birbaşa xarici siyasət maraqları sferasına daxil olan məsələlərə xüsusi diqqət yetirilir. Bu, qardaş ölkənin dünyanın aparıcı aktorları sırasında yer alması ilə bağlıdır. Təbii ki, Türkiyə artan imkanları ilə qlobal miqyasda gedən proseslərdə özünün maraqlarının təmin olunmasına çalışır. Ancaq o da faktdır ki, Ankaranın maraqları qəsbkarlığa, ilhaqa, digər ölkələrin və xalqların suverenliyinə xələl gətirlməsinə əsaslanmır. Harada Türkiyə varsa, orada barışıq, diplomatiya, beynəlxalq hüquq və ədalət var.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Aprel 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see242

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see210

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see188

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see174

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see172

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see168

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see159

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see148

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see141

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see139

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see138

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri