Icma.az
close
up
RU
Antarktida alimləri təəccübləndirməyə davam edir

Antarktida alimləri təəccübləndirməyə davam edir

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ və İspaniyadan olan alimlər dərin öyrənmə alqoritmlərindən istifadə edərək, Şərqi Antarktidadakı Devid buzlağının altında 100–150 kilometr dərinlikdə 510 zəlzələ aşkarlayıblar. Bu bölgədə seysmik aktivlik demək olar ki, qeyri-mümkün hesab edilirdi, çünki ərazi tektonik plitələrin sərhədlərindən uzaqda yerləşir.

"Ölkə.az" xəbər verir ki, tədqiqatın nəticələri “Science” jurnalında dərc olunub.

Məlumatlar 49 seysmik stansiyadan toplanıb. Süni intellekt əsaslı alqoritm dalğaları bir-birindən fərqləndirərək zəlzələ ocaqlarının yerini dəqiq müəyyən etməyə imkan verib. Yeraltı təkanların maqnitudası 1,6 ilə 3,5 arasında olub.

Tədqiqatçılar etiraf edirlər ki, orta dərinliklərdə baş verən plitədaxili zəlzələləri izah etmək xüsusilə çətindir, çünki yuxarı mantiyada yüksək temperatur və təzyiq şəraiti kövrək dağıntıların yaranmasına imkan vermir.

Bu hadisənin izahı geoloji xüsusiyyətlə bağlıdır. Belə ki, Şərqi Antarktidanın qalın və soyuq plitəsi ilə Qərbi Antarktidanın nazik və isti plitəsi arasındakı sərhəd gərginliyin toplanmasına səbəb olur. Aşağıdan isti mantiyanın, yuxarıdan isə ağır buzlağın yaratdığı təzyiqlə birlikdə bu amil böyük dərinliklərdə çatların əmələ gəlməsinə gətirib çıxarır.

Müəmmalı qalan məsələ 510 təkanın hamısının məhz Devid buzlağının altında cəmləşməsidir. Belə ki, oxşar şərait Transantarktika dağlarının digər hissələri boyunca da mövcuddur. Müəlliflər hesab edirlər ki, buna əlavə yerli amillər də təsir edə bilər.(AZƏRTAC)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 İyun 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see286

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see275

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see253

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see249

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see241

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see236

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see235

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see223

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see211

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see210

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see210

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see207

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see202

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see186

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see165

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri