Icma.az
close
up
RU
Antarktida əriyir: Bütöv şəhərlər su altında qala bilər Tarix açıqlandı

Antarktida əriyir: Bütöv şəhərlər su altında qala bilər Tarix açıqlandı

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Antarktidadakı şelf buzlaqlarının əriməsi planet üçün ciddi fəlakət ssenarisi yaradır. Alimlər hesab edirlər ki, əgər istixana qazlarının tullantıları indiki templə artsa, 2300-cü ilə qədər dünya okeanının səviyyəsi təxminən 10 metr yüksələcək və saysız-hesabsız sahil şəhərləri su altında qalacaq.

Qaynarinfo-nun məlumatına görə, Paris şəhərindəki Sorbonna Universitetinin alimləri "Nature" jurnalında dərc olunmuş tədqiqatda bildiriblər ki, 2300-cü ilə qədər Antarktidadakı şelf buzlaqlarının 59 faizi dağılma təhlükəsi altındadır.

Mütəxəssislərin fikrincə, bu prosesin qarşısı yalnız qlobal emissiyaların azaldılması ilə mümkündür. Əks halda, Böyük Britaniyanın Hall, Qlazqo və Bristol şəhərləri, ABŞ-ın Hyuston, Yeni Orlean və Mayami kimi iri mərkəzləri içərilərə köçməyə məcbur olacaq.

"Hazırkı qərarlar gələcəkdə buzlaqların taleyinə birbaşa təsir edəcək. İndi qəbul edilən iqlim siyasəti yüzillər sonra okean səviyyəsini müəyyənləşdirəcək”, deyə tədqiqat müəllifləri qeyd ediblər.

Buzlaqların taleyi emissiyalardan asılıdır

Antarktidada 15 böyük və çoxsaylı kiçik şelf buzlaqları mövcuddur. Onlar materikdən okeana axan buz kütləsini saxlayan "təbii qoruyucu kəmər” rolunu oynayır.

Simulyasiya nəticələrinə əsasən, aşağı emissiya ssenarisi zamanı yalnız bir buzlaq "yaşama qabiliyyətini” itirəcək, lakin yüksək emissiya ssenarisində bu göstərici 59 faizə çatacaq. Bu halda 38 buzlaq tamamilə dağılacaq.

Alimlər hesab edir ki, əsas kritik dövr 2085–2170-ci illər arasında olacaq. Bu müddət ərzində bir çox şelf buzlaqları artıq dağılma həddinə çatacaq.

Hansı ərazilər su altında qala bilər?

"Climate Central’s Coastal Risk Screening Tool" adlı alətə görə, okean səviyyəsinin 10 metr qalxması nəticəsində bir çox ölkələrdə şəhərlər yox olacaq.

Böyük Britaniyada Porsmut, Sautend-on-Si, Hall, Bristoll, Kardiff və Londonun bəzi rayonları – Hammersmit, Qrinviç, Sautvork və Vestminster su altında qalacaq.

Avropada Kaleydən (Fransa) Rinqköbinqə (Danimarka) qədər olan sahillər, Venesiya, Monpelye, Sevilə və Lissabon məhv olacaq.

Asiyada Banqladeş, Şanxay, Hoşimin və Karaçi, ABŞ-da isə Florida, Luiziana və Texasın sahil zonaları təhlükə altında qalacaq.

Alimlər vurğulayırlar ki, bu nəticələr qlobal iqlim tədbirlərinin təxirə salınmasının necə dağıdıcı nəticələr doğura biləcəyini açıq şəkildə göstərir: "Bu gün qəbul edilən qərarlar müəyyən edəcək ki, gələcəkdə bəşəriyyət Antarktidanın buzlaqlarının əksəriyyətini itirəcəkmi, yoxsa onları qoruya biləcəkmi?"

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Noyabr 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see245

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see235

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see218

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see213

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see210

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see199

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see195

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see183

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see171

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see168

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see168

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see165

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see165

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see151

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see149

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri