Icma.az
close
up
RU
Antibiotik əvəzinə təbii vasitələrdən istifadə edin Həkim məsləhəti

Antibiotik əvəzinə təbii vasitələrdən istifadə edin Həkim məsləhəti

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Payız və qış ayları zökəm xəstəliklərinin ən çox yayıldığı dövrdür.

Xüsusilə immun sistemi zəif olanlar bəzi xəstəliklərə qarşı həssas olurlar. Soyuq aylar ərzində bir neçə dəfə virus infeksiyalarına yoluxanlar antibiotiklərdən istifadə etmək məcburiyyətində qalırlar. Lakin bu preparatlardan tez-tez istifadə etmək heç də arzuolunan deyil.

AZƏRTAC bildirir ki, bu barədə məlumat verən həkim-fitoterapevt Elnur Eldaroğlu deyib: "Antibiotiklər, əslində, bakteriyaları məhv etmək üçün nəzərdə tutulan dərman preparatlarıdır. Tənəffüs sistemi, bağırsaq, böyrək və sidik yolları xəstəlikləri zamanı antibiotiklərdən geniş istifadə olunur. Lakin xəstəlikdən asılı olaraq antibiotiklər dəyişir və onun uzun müddət istifadəsi düzgün deyil. Antibiotiklər mikrobların artıb törəməsinin qarşısını alan, onları məhv edən maddədir. Bu maddə təbii və ya yarımsintetik şəkildə bitki və kimyəvi mənşəli məhsullardan alınır. Orqanizmə daxil olan istənilən antibiotik kənar mikrobların məhvinə hədəflənir. Yersiz istifadə olunanda bizə lazım olan bakteriyaları da öldürür ki, nəticədə balans pozulur".

O bildirib ki, hazırda mindən çox antibiotik istehsal olunsa da, yalnız onun 200 növü daha çox istifadəyə yarayır. Bəzi həkimlər ən sadə xəstəlik zamanı da antibiotikdən istifadə edilməsini məsləhət görürlər. Lakin bu sahədə ən yaxşısı aparılan diaqnozdan sonra müalicənin təyin edilməsidir: "Düzgün diaqnozun qoyulması ilə xəstəliyin müalicəsində antibiotikə ehtiyac olub-olmadığını müəyyən etmək mümkündür. Məsələn, öskürək zamanı bəlğəm əkilməlidir. Aşkar olunan bakteriyaya qarşı hansı antibiotikdə həssaslıq varsa, məhz onu qəbul etmək lazımdır. Qrip virusuna yoluxma zamanı aptekdən antibiotik almaq səmərəsizdir".

Həkim antibiotikin təbii bitkilərdən əldə edilməsindən danışıb: "Xüsusilə uşaqlar xroniki xəstəliklərdən əziyyət çəkəndə və uzun müddət dərman qəbul etdikdə propolisdən istifadə olunması daha məqsədəuyğundur. Payız-qış aylarında profilaktika məqsədilə həmin arı məhsulunda faydalanmaq olar.

Propolislə yanaşı orqanizmin müqavimətini artırmaq üçün çiçək tozu, udi-hindi tozu və s. istifadə etmək mümkündür. Məsələn, adaçayını dəmləyib içmək də yaxşı vasitədir. Cökə, qreypfrut şirəsi qəbul etmək də tövsiyə olunur. Virus əleyhinə ən yaxşı təsir göstərən bitkilərdən biri də dəmrovotu və exinasiyadır".

Həkim-fitoterapevtin dediyinə görə, bu məqsədlə çox vaxt zəncəfil, darçın, kəklikotu bitkilərindən də istifadə edilir, əslində isə həmin bitkilərin qətiyyən antibiotik təsiri yoxdur. Daha çox tərqovucu və tonuslandırıcı təsir göstərsə də, patogen (xəstəlik yaradan) bakteriyalara təsir etmir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see919

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see381

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see333

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see321

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see297

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see289

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see252

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see251

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see232

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see211

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see206

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see199

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see197

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see197

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see195

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see182

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see177

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri