Icma.az
close
up
RU
Antibiotikə prob qoymaq doğru deyil Həkimlər izah edir

Antibiotikə prob qoymaq doğru deyil Həkimlər izah edir

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda xəstəyə dərmanın allergik reaksiyasının yoxlanılması üçün dəridaxili sınağının vurulması üsulu geniş yayılıb, amma bu, doğru deyil.

Dəriyə dərmandan sınaq qoymaqla orqanizmin allergiya reaksiyasını təyin etmək düzgün deyil.

Trend.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş allerqoloqu Cəbrayıl Məmmədov deyib.

Onun sözlərinə görə, əhali üçün vacib məsələlərdən biri dərman preparatlarından istifadədir.

Baş allerqoloq deyib ki, bəzən dərman vasitələri insanda ağır fəsadlara gətirib çıxarır. Bunun ən ağır formalarından biri anafilaktik şokdur: "Orqanizmin dərman vasitəsinə reaksiyasını xəstədən soruşmadan ona sınaq vurulur. Bəzən valideynlər də uşaqlarına özbaşına antibiotiklər vurdururlar. Lakin bu, bəzən xəstədə ağırlaşmalar yaradır. Bunlardan biri də allergik reaksiyalardır. Kimsə baş ağrısı zamanı bir ağrıkəsici həb qəbul edir, ancaq sizi inandırıram ki, bəzən bir tablet aspirin insanın ölümünə səbəb olur. Digər ağrıkəscilər də belədir. Əgər baş ağrıyısa, bunun səbəbi nevroloji problemlər də ola bilər, buna həkim baxmalıdır. Buna görə də dərmanların qəbuluna ciddi diqqət edilməlidir".

Azərbaycan Tibb Universitetinin pediatr-allerqoloqu, professor Amaliya Əyyubova da bu gün Azərbaycanda antibiotiklərdən dəriyə sınaqların qoyulması hallarına rast gəldiyini deyib: "Hamiya müraciət edərək bildirirəm ki, 1970-ci ildən SSRİ-də səhiyyə naziri dərmanlardan dəridaxili sınağın qoyulmasını ləğv etdi. Söhbət xüsusilə allergik xəstəliklərdən gedir. Sübut edildi ki, istər bir ampula, istərsə də bir damcı dərman bədənə vurulduqda anında reaksiya verir, onlar arasında fərq olmur. Ona görə də dərmanlardan sınağın qoyulması ləğv edildi. Digər tərəfdən, Azərbaycanda tibb bacıları sınağı dəri altına vurmurlar, onlar iynəni elə vururlar ki, o, daha dərinə-əzələyə qədər gedir. Bu zaman isə dəridə şişin əmələ gəlməsi təbiidir. Bildirirəm ki, sınağın tətbiqi 48 ildir ki, ləğv edilib. Azərbaycanda biz həkimlərin və tibb bacılarının günahıdır ki, "olmaz" demirik. Bu prosesi anamnezlə əvəz etmək olar. Xəstənin hansı qidaya, maddəyə və ya başqa nəyə isə allergik reaksiyasının olduğu diqqətlə öyrənməlidir. Daha sonra sınaqsız antibiotiklədən istifadə edə bilərik".

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 05:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri