Icma.az
close
up
RU
Antidopinq sahəsində sertifikatlı təlimçilər hazırlanır

Antidopinq sahəsində sertifikatlı təlimçilər hazırlanır

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) regionda ilk dəfə “Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması” proqramına start verib. Müxtəlif idman federasiyaları və təşkilatlarını təmsil edən 32 iştirakçının cəlb olunduğu proqramın məqsədi antidopinq sahəsində daxili ekspert resurslarının formalaşdırılmasını, institusional bilik və bacarıqların gücləndirilməsini, eləcə də əldə olunan antidopinq sahəsində biliklərin sistemli şəkildə daha geniş auditoriyaya çatdırılmasını təmin etməkdir.

Proqramın təlim hissəsi üç qrup və antidopinq fəaliyyətinin əsas istiqamətlərini əhatə edən üç tematik modul və təqdimat bacarıqları üzrə keçirilib. Təlim iştirakçıları antidopinq sahəsində hüquqi çərçivə, testetmənin əsasları, tibbi aspektlər və təqdimat bacarıqları üzrə bilik və bacarıqlar əldə ediblər. Tədris materialları beynəlxalq antidopinq standartlarına uyğun hazırlanıb. Proqramın məzmunu isə 1 yanvar 2027-ci il tarixindən qüvvəyə minməsi nəzərdə tutulan yeni Ümumdünya Antidopinq Məcəlləsinin prinsip və tələbləri nəzərə alınmaqla formalaşdırılıb.

Açılış nitqində AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə proqramın əhəmiyyətini vurğulayaraq bildirib ki, beynəlxalq antidopinq təcrübəsində təhsil dopinqlə mübarizənin ən vacib istiqamətlərindən biri hesab olunur. Onun sözlərinə görə, antidopinq qayda pozuntularının qarşısının alınmasında ən effektiv vasitə maarifləndirmə və təhsildir, çünki davamlı profilaktik nəticələr yalnız sistemli təhsil fəaliyyəti ilə əldə edilə bilər.

"Beynəlxalq təcrübə göstərir ki, federasiyaların öz daxilində hazırlıqlı və sertifikatlı təlimçilərin olması antidopinq təhsilinin davamlılığını və əlçatanlığını əhəmiyyətli dərəcədə artırır. Bu yanaşma biliklərin daha çevik ötürülməsinə, idmançı və mütəxəssislərlə müntəzəm əlaqənin qurulmasına, eyni zamanda təmiz idman dəyərlərinin təşkilat daxilində daha effektiv təşviqinə imkan yaradır. Məqsədimiz ölkədə keyfiyyətli antidopinq təhsilinin dayanıqlı və uzunmüddətli modelini formalaşdırmaqdır", – deyə İcraçı direktor əlavə edib. 

Proqramın yekun mərhələsində iştirakçılar nəzəri biliklər və təqdimat bacarıqlarını əhatə edən kompleks attestasiyadan keçəcəklər. İmtahanı uğurla başa vuran iştirakçılara AMADA tərəfindən rəsmi  birillik “Təlimçi sertifikatı” təqdim olunacaq. Sertifikat sahibi olan təlimçilər təmsil etdikləri idman təşkilatlarında antidopinq üzrə təlim və seminarlar keçirmək, həmçinin AMADA ilə əməkdaşlıq çərçivəsində maarifləndirici və tədris fəaliyyətlərini həyata keçirmək icazəsi əldə edəcəklər. Təlimlərin keyfiyyətinin və effektivliyinin təmin olunması məqsədilə Agentlik tərəfindən mütəmadi monitorinq tədbirləri həyata keçiriləcək. Sertifikatlı təlimçilərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi üçün illik resertifikasiya mexanizmi tətbiq olunacaq.

Yeni proqramın ölkədə antidopinq təhsilinin əhatə dairəsinin genişlənməsinə, federasiyaların institusional potensialının güclənməsinə və təmiz idman mədəniyyətinin daha da inkişafına mühüm töhfə verəcəkdir.

Qabil YUSİFOĞLU 
XQ 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 İyul 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see287

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see273

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see255

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see251

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see245

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see226

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see221

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see209

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see204

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see204

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see201

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see196

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see195

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see187

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see183

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see182

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see170

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see167

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri