“İsrailin mümkün hərbi əməliyyatları qaz təchizatını təhdid edir” İran XİN
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
“İsrailin Fars körfəzi regionunda mümkün hərbi əməliyyatları beynəlxalq qaz bazarına ciddi zərər vura bilər”.
525.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Onun sözlərinə görə, bundan həm qaz tədarükçüləri, həm də istehlakçılar zərər çəkəcəklər.
“İsrailin Fars körfəzində təhrik edə biləcəyi istənilən hərbi avantüranın beynəlxalq bazarlara göstərə biləcəyi dağıdıcı təsir həm qaz tədarükçüləri, həm də istehlakçılar arasında ciddi narahatlıq doğurur”, - Əraqçi “X” hesabında yazıb.
İranın xarici işlər naziri, həmçinin çərşənbə axşamı Moskvada keçirilən Qaz İxrac edən Ölkələr Forumunun (GECF) səkkizinci sammiti çərçivəsində İranın enerji diplomatiyasının inkişaf etdiyini vurğulayıb.
Onun sözlərinə görə, müzakirələr qlobal qaz bazarlarını və enerji təhlükəsizliyi məsələlərini əhatə edib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 28 Oktyabr 2026 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















