Icma.az
close
up
RU
Antiseptik, ağrıkəsici, sidik qovucu, qankəsici Ətirşahın FAYDALARI

Antiseptik, ağrıkəsici, sidik qovucu, qankəsici Ətirşahın FAYDALARI

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ev bitkiləri içərisində bir neçə bitkilər vardır ki onların adları, xeyirli xüsusiyyətlərinə görə xüsusən vurğulanır.

Sağlamolun.az bildirir ki, bunlardan biri də ətirşahdır. Botanik adı - pelarqoniya olan bu bitki, adi soyuqdəymə və ciddi xəstəliklərlə mübarizə apara bilir.

Bitkinin tarixinə nəzər saldıqda onun vətəninin cənubi Afrika olduğu bildirilir. Avropa kontinentinə isə XVII-ci əsrin sonlarında dekorativ bitki kimi gətirildiyi deyilir.

Müasir dövrdə aparılan sınaqlar hətta mütəxəssisləri təəəccübləndirmişdir, belə ki, tərkibindən ifraz olunan bakteresid maddələr, yaxınlıqda olan mikrobların hamısını  məhv edə bilir. Havanı mikroblardan təmizlənməsindən əlavə, ətirşah, isti aylarda aktual olan həşəratları da qaçırdır.

Kimyəvi tərkibi...

Bitkinin xeyirli xüsusiyyətləri əsasən onun yarpaqlarının tərkibində çoxlu miqdarda efir yağlarının olmasıdır ki, onlar müalicəvi təsir göstərirlər. Bu tək yarpaqlara aid deyil, bu bitkinin həm kökü, həm gülü, həm də  yarpaqları çox xeyirli sayılır.

Bitkinin kökünün tərkibində fenollar, yuxarı yaşıl hissəsində müxtəli fenol birləşmələri, saxaroza, kraxmal və hemisellüloza vardır.Yarpaq və güllərin tərkibi fenolkarbon turşuları, vitaminlər, ellaqotaninlər, flavonoidlər, piqment, efir yağları və karbohidratlarla zəngindir.

Xeyirli xüsusiyyətlər...

Bu bitkinin bütün xeyirli xüsusiyyətlərini sadalamaq mümkün deyil. O, antiseptik, ağrıkəsici, sidik qovucu, bakteresid, antivirus, qankəsici və şəkər əleyhii təsirlərə malikdir.

Ətirşah - qan axınını stimullaşdırır, ürək ritmi və ürək əzələsinin işini normallaşdırır, baş ağrısında kömək edir. Biləyin üzərinə yarpağı qoymaqla arterial təzyiqi normallaşdırmaq mümükündür.

Bitki -  qaraciyər, məsə-bağırsaq traktı və böyrəyin işini nizama salır. Ümumiyyətlə isə böyrək və öd kisəsində problemi olan insanların evində bu bitkinin olması, elementar olaraq fiziki vəziyyəti yaxşılaşdırır.

Ətirşah - həmçinin zökəm, öskürək, anqina və soyuqdəymə üçün əla vasitə sayılır. Bu hallarda yarpaqlar qaynadılaraq onlardan  məhlul düzəldilir və boğaz o məhlulla yaxalanır.

Otit zamanı da geniş istfadə olunan ətirşah, bükülərək qulağa yerləşdirilir ki, müalicəvi təsir etsin.

Dişiniz ağrıdığı zaman da,dişin üzərinə qoyula bilər, belə ki, ətirşahın ifraz etdiyi aktiv maddələr ağrı hissinin götürülməsini təmin edir. Bundan əlavə doğranmış yarpaqlardan edilən kompreslər osteoxondroz və radikulitdə kömək edir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri