Icma.az
close
up
RU
Sülh danışıqlarında irəliləyiş Moskvanın qərarından asılıdır

Sülh danışıqlarında irəliləyiş Moskvanın qərarından asılıdır

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna və ABŞ nümayəndə heyətləri Rusiya ilə münaqişənin nizamlanması üzrə növbəti danışıqlar raundunu keçiriblər. Bu, son iki gün ərzində ikinci, son iki həftə ərzində isə altıncı görüşdür. Növbəti görüşün 6 dekabrda baş tutması planlaşdırılır.

Tribuna xəbər verir ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov bildirib ki, tərəflər ABŞ nümayəndə heyətinin Moskvaya səfərinin nəticələrini və müharibənin bitməsinə yaxınlaşdıra biləcək mümkün addımları müzakirə ediblər. Danışıqlarda həmçinin müharibədən sonrakı bərpa və iqtisadi təşəbbüslər də gündəmdə olub.

Ukrayna vurğulayır ki, nizamlanmanı yalnız ölkənin müstəqilliyini, vətəndaşlarının təhlükəsizliyini və davamlı demokratik inkişafı təmin edən format çərçivəsində qəbul edə bilər.

Qeyd edək ki, Ukrayna nümayəndə heyətinin tərkibinə Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Andriy Hnatov da daxildir. ABŞ tərəfini isə Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Ağ Evin rəhbərinin kürəkəni Cared Kuşner təmsil edir.

Uitkoff və ABŞ Dövlət Departamenti tərəfindən yayımlanan birgə bəyanatda bildirilib ki, danışıqlarda növbəti irəliləyiş Moskvanın mövqeyindən asılıdır. Sənəddə deyilir: “Hər iki tərəf razılaşıb ki, real irəliləyiş yalnız Rusiyanın uzunmüddətli sülhün təmin olunması istiqamətində ciddi işləməyə hazır olduğu, o cümlədən gərginliyin azaldılması və qətllərin dayandırılması üçün addımlar atdığı halda mümkündür”.

Mayamidə keçirilən danışıqlar 2 dekabrda Moskvada Stiven Uitkoff və Cared Kuşnerin Rusiya Prezidenti Vladimir Putinlə təxminən beş saat davam edən görüşünün davamı olub. Rusiya tərəfi həmin vaxt hələlik kompromisə əsaslanan sülh planının mövcud olmadığını açıqlamışdı.

Amerikalı rəsmilər isə hesab edirlər ki, hətta ən mürəkkəb məsələlər, o cümlədən ərazi problemləri üzrə belə kompromis mümkündür. Məsləhətləşmələrin əsasını ABŞ tərəfindən təxminən üç həftə əvvəl təqdim edilmiş sülh planı layihəsi təşkil edir. İlkin variant Ukraynanın NATO-ya üzvlükdən imtina etməsini, silahlı qüvvələrin sayının azaldılmasını və Donbasın tam şəkildə Rusiyaya verilməsini nəzərdə tuturdu. Ukrayna və Avropalı müttəfiqlərin tələblərindən sonra sənəd ciddi şəkildə yenidən işlənib, lakin yenilənmiş variantın detalları hələ açıqlanmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 06 Dekabr 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri