Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Antiterror tədbirləri tariximizə qızıl hərflərlə yazıldı

Antiterror tədbirləri tariximizə qızıl hərflərlə yazıldı

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

2023-cü ilin sentyabr hadisələri Azərbaycanın müasir tarixində yeni mərhələ açdı. Sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu antiterror tədbirlərinə start verdi. Bu əməliyyatın məqsədi yalnız təxribatların qarşısını almaq deyildi, həm də ərazilərimizdə hələ də mövcudluğunu qoruyan qanunsuz silahlı birləşmələrin tərksilah edilməsini, dövlətimizin konstitusiya quruluşunun bərpasını təmin etmək idi. Cəmi 23 saat ərzində həyata keçirilən əməliyyat Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını, strateji çevikliyini və peşəkarlığını bir daha nümayiş etdirdi. Qısa müddətdə bütün qarşıya qoyulmuş vəzifələr yerinə yetirildi, təxribatçı qüvvələr zərərsizləşdirildi və ərazilərimizdə tam nəzarət bərpa olundu. Sentyabrın 20-də əməliyyatın uğurla başa çatması Azərbaycanın suverenliyi yolunda daha bir möhtəşəm qələbənin qazanıldığını təsdiqlədi.

Bu uğur yalnız hərbi üstünlüyün nəticəsi deyildi, həm də uzun illər boyunca Ermənistanın Qarabağda yaratdığı qeyri-qanuni hərbi struktur və separatçı fəaliyyətlərə qarşı sistemli addımların məntiqi nəticəsi idi. Çünki imzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Bununla yanaşı, separatçı rejimin fəaliyyətinə Ermənistanın siyasi və hərbi dəstəyi də açıq şəkildə hiss olunurdu. Qondarma qurumun rəhbərləri, “nazirləri”, hətta xarici dairələrlə əlaqələr qurmağa cəhd edir, Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıyan açıqlamalar verirdilər. Azərbaycan isə bu dövrdə hər zaman sülhə üstünlük verir, regionda dayanıqlı sabitliyin yalnız qarşılıqlı etimad və hüquqi normalara hörmət əsasında mümkün olduğunu bəyan edirdi. Azərbaycan dövləti dəfələrlə xəbərdarlıq etdi ki, qanunsuz hərbi birləşmələrin mövcudluğu və onların törətdiyi təxribatlar nəinki sülh prosesini, həm də regionda sabitliyi ciddi təhdid altına qoyur. Bu səbəbdən 2023-cü il sentyabrın 19-da başlanan lokal antiterror tədbirləri zəruri və qaçılmaz idi. Çünki suveren dövlətin ərazisində qanunsuz silahlı dəstələrin saxlanılması, separatçı qurumun “seçki” adı altında fəaliyyətini davam etdirməsi qəbuledilməz idi.

Bütün bu hadisələr göstərirdi ki, Ermənistan sülh prosesinə səmimi şəkildə yanaşmır, əksinə, regionda yeni gərginlik ocaqları yaratmaqla vəziyyəti daha da mürəkkəbləşdirir. Bütün bu faktlar bir daha sübut edirdi ki, Ermənistan tərəfi üçtərəfli Bəyanatın müddəalarına əməl etməmiş, əksinə, regionda hərbi eskalasiyanı davam etdirmək üçün gizli şəkildə silahlanmanı artırmışdır. Qanunsuz şəkildə ərazilərimizdə saxlanılan bu texnikalar və ağır silah arsenalı təkcə Azərbaycanın suverenliyinə təhdid yaratmırdı, həm də bölgədə sülh və təhlükəsizliyi pozurdu. Halbuki, 10 noyabr 2020-ci il Bəyanatı açıq şəkildə Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılmasını nəzərdə tuturdu. Lakin reallıqda tam əks proses baş vermiş, separatçılar yeni istehkamlar quraraq öz mövcudluqlarını möhkəmləndirməyə çalışmışdılar.

Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində bu qanunsuz hərbi obyektlər zərərsizləşdirildi, silah-sursat anbarları məhv edildi, müasir döyüş texnikalarının böyük bir qismi sıradan çıxarıldı. Ən mühüm məqamlardan biri isə ondan ibarət idi ki, antiterror tədbirləri yalnız hərbi nəticələrlə yekunlaşmadı, həm də siyasi və hüquqi baxımdan yeni reallıqlar yaratdı. Azərbaycanın Qarabağ üzərində tam suverenliyini bərpa etməsi regionda separatçılıq probleminə birdəfəlik son qoydu. Bu, həm də göstərdi ki, dövlətimizin ərazisində yalnız Azərbaycan Konstitusiyası və qanunları qüvvədədir və hər hansı qanunsuz silahlı dəstələrin, yaxud qondarma qurumların mövcudluğuna bundan sonra əsla imkan verilməyəcəkdir.

Bununla belə, separatçıların fəaliyyətinə son qoymaq və ərazidə suverenliyi bərpa etmək kifayət deyildi. Ermənistan tərəfi yeni təxribatlara əl ataraq, mülki əhalinin təhlükəsizliyini birbaşa hədəfə aldı. İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə edilmişdir. Nəticədə mülki əhali, o cümlədən uşaqlar və yaşlılar tələfata uğradı, kənd təsərrüfatı fəaliyyətləri və bərpa-quruculuq işləri xeyli ləngidi, yollar və kənd yolları istifadəyə yararsız vəziyyətə düşdü. Azərbaycan bu təhlükəni aradan qaldırmaq üçün sistemli şəkildə minatəmizləmə tədbirləri həyata keçirdi, müvafiq qurumlar və beynəlxalq təşkilatlarla əməkdaşlıq etdi və ərazilərin təhlükəsizləşdirilməsi üçün lazımi addımlar atdı. Minalardan azad edilmiş, təhlükəsizliyinin təmin edilməsi torpaqlarda isə yenidən məskunlaşma, infrastrukturun bərpası və reinteqrasiya prosesinə başlamaq üçün real imkanlar yarandı.

Bu hadisələr Azərbaycanın yalnız hərbi gücünü deyil, həm də dövlətçilik iradəsini, humanist mövqeyini və hüquqa hörmətini nümayiş etdirdi. Antiterror əməliyyatı zamanı mülki əhalinin qorunması prioritet təşkil edirdi və Azərbaycan Ordusu, Dövlət Sərhəd Xidməti və digər qurumlar bu prinsipi dəqiq şəkildə həyata keçirdilər. Mobil SMS xidmətləri, səsgücləndirici texniki vasitələr və məlumat vərəqələri vasitəsilə əhali öncədən xəbərdar edildi, yaşayış yerlərinə atəş açılmaması təmin edildi. Bu, Azərbaycanın beynəlxalq humanitar hüquq normalarına riayət etməsinin və mülki şəxslərin təhlükəsizliyinə verdiyi önəmin bariz nümunəsi oldu.

Eyni zamanda, Azərbaycanın humanist və hüquqi yanaşması separatçı rejimin əsas nümayəndələrinə Qarabağda yaşayan erməni əhalisinin reinteqrasiyası üzrə təklif olunan şərtləri tanımaq və müstəqil qərar vermək imkanı yaratdı. Antiterror əməliyyatının ardından keçirilmiş görüşlərdə separatçıların və onların rəhbərlərinin fəaliyyəti təkzib edilmiş, Qarabağda qanunsuz xunta rejiminin ləğvi ilə bağlı sənədlər imzalanmışdır. Bu addımlar göstərdi ki, Azərbaycan yalnız güc tətbiq etməklə deyil, eyni zamanda hüquqa və humanizm prinsiplərinə əsaslanan siyasət ilə bölgədə davamlı sülh və sabitliyi təmin etməyə qadirdir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.Bu mərasim Azərbaycan dövlətinin suverenliyinin və ərazi bütövlüyünün tam bərpasının simvolu oldu. Prezident İlham Əliyevin şəxsən iştirak etdiyi bayraq qaldırma mərasimləri Qarabağın bütün azad olunmuş şəhərlərində dövlət hakimiyyətinin bərpasını, milli birliyin və xalq-ordu həmrəyliyinin möhkəmləndirilməsini nümayiş etdirdi. Hər bir üçrəngli bayraq yalnız simvolik deyil, həm də Azərbaycanın gücünün, qətiyyətinin və hüquqi dövlət kimi mövqeyinin ifadəsi oldu. Bu hadisələr, eyni zamanda, uzun illər işğal altında qalmış torpaqlarımızda sülh, sabitlik və bərpa prosesinin başlanğıcı kimi tarixi əhəmiyyət daşıyır.

Saleh MƏHƏRRƏMOV,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Sentyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see745

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see561

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see508

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see369

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see293

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see254

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see247

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see244

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see243

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see229

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see228

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see223

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see207

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see192

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see192

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see183

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see173

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri