Icma.az
close
up
RU
Antiterror əməliyyatları Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmalıdır ŞƏRH EDİLDİ

Antiterror əməliyyatları Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmalıdır ŞƏRH EDİLDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Antiterror əməliyyatları Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmalıdır. Antiterror əməliyyatları nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, ölkə ərazisində qondarma rejimə son qoyuldu:

"Daha sonra Yevlaxda tarixi görüş keçirildi. Birinci Qarabağ müharibəsində erməni silahlı dəstələri azərbaycanlıları qıraraq Yevlaxa qədər öz hərbi planlarını yerinə yetirməyə çalışır və Kürü sərhəd kimi görürdülər. Bu baxımdan Yevlaxda yeni Azərbaycan tarixinin yeni mərhələsi icra olundu. Separatçıların rəhbərləri ilə görüşdə mühüm qərarlar qəbul olundu. Azərbaycan dövləti tərəfindən təqdim edilən reinteqrasiya planı ərazi bütövlüyü, suverenlik və vətəndaş bərabərliyi prinsiplərinə əsaslanırdı. Bu plan sülh və qarşılıqlı hörmət üzərində qurulmuşdu. Lakin bu prinsipləri qəbul etməyən bir sıra erməni silahlı və siyasi qüvvələri könüllü şəkildə Azərbaycan ərazisini tərk etməyə üstünlük verdilər. Bu, Azərbaycanın münaqişənin həlli prosesində beynəlxalq hüquqa və humanitar prinsiplərə sadiqliyini bir daha nümayiş etdirdi".

Politoloq fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bütün bu proseslər fonunda, Rusiya Federasiyasının sülhməramlı kontingenti də ölkə ərazisini tərk etdi: "Bu, Azərbaycan Ordusunun bölgədə tam nəzarəti bərpa etməsi və dövlətin suveren hüquqlarının istisnasız olaraq təmin olunmasının daha bir sübutu idi. Artıq ölkə ərazisində heç bir qeyri-qanuni silahlı dəstə, heç bir xarici qüvvə mövcud deyil. Bu tarixi hadisələr xalqımızın yaddaşında əbədi qalacaq və gələcək nəsillərə bir qəhrəmanlıq, birlik və milli iradə nümunəsi kimi ötürüləcək. Azərbaycan bu gün öz tarixini yazır – bu, zəfər tarixi, ədalətin bərpa olunması tarixidir. Bu gün Azərbaycan güclü, qalib və suveren bir dövlətdir. Dövlət başçısının qətiyyətli siyasəti, ordumuzun peşəkarlığı və xalqımızın dəmir iradəsi sayəsində yeni bir tarix yazıldı. Bu tarixi biz yalnız qeyd etməyəcəyik, onu yaşadacaq, qoruyacaq və gələcək nəsillərə ötürəcəyik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Sentyabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri