Kamran Musayev: Qafqazda ilk ürək transplantasiyası səhiyyə tariximizə qızıl hərflərlə yazıldı
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
“2025-ci il Azərbaycan səhiyyə tarixi üçün unudulmaz və qürurverici bir il oldu”.
Bakıvaxtı.az xəbər verir ki, bunu ürək transplantasiyası əməliyyatlarını icra edən tibbi komandanın üzvü, kardiocərrah Kamran Musayev Qafqazda ilk ürək transplantasiyasının həyata keçirilməsinə münasibət bildirərkən deyib.
Cərrah bildirib ki, 2025-ci ildə ölkəmizdə ilk dəfə meyit donorundan - kadavradan orqan transplantasiyası əməliyyatları icra olunmağa başlayıb. Onun sözlərinə görə, canlı donordan transplantasiya əvvəllər də həyata keçirilsə də, ürək kimi həyati orqanların köçürülməsi yalnız beyin ölümü baş vermiş donorlardan mümkündür və bu, son dərəcə mürəkkəb, çoxşaxəli prosesdir.
Kardiocərrah qeyd edib ki, bu mərhələyə gəlmək üçün qanunvericilik bazasının formalaşdırılması, sosial və psixoloji aspektlərin həlli, ardınca tibbi və cərrahi hazırlıq işləri uzun illər ərzində aparılıb. O vurğulayıb ki, bu uğur ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan səhiyyə strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir.
Həkim diqqətə çatdırıb ki, 2025-ci ildə Azərbaycanda iki xəstəyə uğurla ürək transplantasiyası əməliyyatı icra olunub. Onun sözlərinə görə, bu əməliyyatlar təkcə ölkə üçün deyil, bütövlükdə Qafqaz regionu üçün ilk hadisə kimi tarixə düşüb və Azərbaycanın bu sahədə lider mövqeyini bir daha təsdiqləyib.
“Bu, yalnız bir komandanın və ya bir klinikanın deyil, bütövlükdə Azərbaycan səhiyyəsinin tarixi uğurudur”, – deyə o vurğulayıb.
Kardiocərrah bildirib ki, ürək transplantasiyası əməliyyatları davamlı proqram çərçivəsində həyata keçiriləcək. Hazırda Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzində qeydiyyatda olan və bu əməliyyata ehtiyacı olan pasiyentlərin gözləmə siyahısı mövcuddur.
K.Musayev donor çatışmazlığına da diqqət çəkərək media nümayəndələri vasitəsilə vətəndaşlara çağırış edib: “Bu əməliyyatların davamlı olması üçün donorların sayı artmalıdır. Mən bütün vətəndaşlarımızı orqan donoru olmağa dəvət edirəm”.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 31 Yanvar 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















