Antonio Quterreş Azərbaycana səfərə gəlib
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş noyabrın 21-də BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
APA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıb.

Antonio Quterreş Azərbaycana səfərə gəlib
21 Noyabr 2024 05:08

