AP Trampın Qrenlandiyaya qarşı hədələrinə cavab məsələsini qaldırıb
Avropa Parlamentinin (AP) norveçli üzvü Per Klausen ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya qarşı təhdidlərinə Avropa İttifaqının (Aİ) reaksiyası ilə bağlı suallar qaldırıb.
Bu barədə deputatın Avropa Komissiyasına (AK) müraciətində deyilir.
“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp dəfələrlə Danimarkanı iqtisadi sanksiyalarla hədələyib və onun Qrenlandiyanı ilhaq etmək müstəmləkəçi fantaziyaları müqavimətlə qarşılanacağı təqdirdə hərbi əməliyyatların mümkünlüyünü istisna etməyib. Avropa İttifaqının bir ölkəsinə iqtisadi hücumun yekdil cavabla qarşılaşacağına dair aydın siqnalın göndərilməsi vacibdir”, -deyə Avropa Parlamentinin deputatı qeyd edib.
Bununla əlaqədar olaraq, Klauzen AK-yə Aİ-nin ABŞ-dən mümkün iqtisadi təzyiqlərə cavab vermək üçün hansı vasitələrə malik olduğuna dair suallar verib.
Mövsüm
Aznews.az