Icma.az
close
up
RU
Ekspert: Ermənistan təxribatlar törətməklə biz hücumlara hazırıq mesajı verir

Ekspert: Ermənistan təxribatlar törətməklə biz hücumlara hazırıq mesajı verir

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan isə Ermənistanın belə bleflərinə aldanmır



Cənubi Qafqazda sülh prosesləri ilə bağlı diplomatik səylər artdığı bir zamanda, Ermənistan daxilində revanşist çağırışların güclənməsi və paralel olaraq hərbi mövqelərin dəyişdirilməsi bölgədəki kövrək sabitliyi yenidən sual altına salır. Ermənistan silahlı qüvvələri Naxçıvanla şərti sərhəd boyunca yeni hərbi bölmələr yerləşdirib. Bu addım “Bez Tormozov” kanalında yayımlanan görüntülərlə də təsdiqlənib və ciddi narahatlıq doğurur. Geosiyasi baxımdan son dərəcə həssas olan bu ərazi ətrafında baş verənlər, bir tərəfdən, Ermənistan daxilindəki radikal və revanşist qüvvələrin təzyiqinin artdığını göstərir, digər tərəfdən isə regionda sülh gündəminin real təhlükələrlə üzləşdiyini ortaya qoyur. 

Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a bildirib ki, Azərbaycan mediası ermənilərin atəşkəsi pozması, sərhəd bölgələrində təxribatlarla məşğul olması kimi məlumatları şişirdərək təqdim etməməlidir:


“Çünki yenidən erməni mifi yaratmağa ehtiyac yoxdur. 30 ilə yaxın qurduqları istehkamlar, müdafiə xətləri və “yenilməz ordusu” 44 günə darmadağın olunan Ermənistan kimi dövlətdən söhbət gedir. Ermənistan nə qədər çalışsa belə, 44 gün ərzində müstəsna qələbə qazanan ordunun qarşısında heç nəyə nail ola bilməz. Ermənistan və ordusunun hazırda etdikləri göstərişdən başqa bir şey deyil. Belə ki, dünyada baş verən qlobal dəyişiklikləri Ermənistan tərəfi də çox yaxşı görür. Onlar başa düşürlər ki, yaxın gələcəkdə dünya nizamı tamamilə dəyişəcək və yenisi yaranacaq. Ermənistan tərəfi yaxşı bilir ki, bu gün vəziyyət XX əsrdə olduğu kimi deyil. Artıq Mərkəzi Asiya ölkələri müstəqildir. Azərbaycan 2020-ci ildə qələbə qazanmaqla Cənubi Qafqazda status-kvonu dəyişdi. Türkiyə Osmanlı dönəmində olduğu kimi müəyyən ərazilərdə təsir imkanlarına sahibdirlər, Liviyada, Somalidə türk əsgərləri mövcuddur. Eyni zamanda Türkiyə Suriyada rejimi dəyişib, Yaxın Şərqdə əsas aktora  çevirib və Cənubi Qafqaza təsirləri böyükdür”.


Ermənistan Rusiyanın Ukrayna savaşında bataqlığa çəkilməsi, qlobal yarışda Amerika və Çindən geri düşməsi kontekstində ermənilərin havadarsız qaldığını anlayır:

“XX əsrdə ermənilərin Azərbaycan xalqına etdikləri vəhşətin bir tərəfində Qərb dayanırdısa, əsas yönündə Rusiya imperiyası dururdu. Ancaq hazırda bunların heç biri yoxdur. Nəticə etibarı ilə Türkiyə-Azərbaycan müttəfiqliyi kontekstində Cənubi Qafqazda türk milli kimliyi yaranıb. Ermənilər isə düşünürlər ki, öz müqəddaratlarını türklərə təslim etməlidirlər. Lakin onlar tarixi nifrətlərinə görə türklərə təslim olmaq istəmirlər. Azərbaycan və Türkiyə Ermənistanın dövlət qurmaq haqqını əlindən almaq niyyətində deyil. Hazırda Ermənistan belə təxribatlar törətməklə Azərbaycana biz hücumlara hazırıq mesajını verməyə çalışırlar. Azərbaycan isə Ermənistanın belə bleflərinə aldanmır. Sadəcə olaraq Ermənistanın bu kimi addımları regionda sabitliyi pozur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Aprel 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri