Icma.az
close
up
RU
Səhiyyə və tibb elmi sahəsində Azərbaycan Kuba əməkdaşlığı müzakirə olunub

Səhiyyə və tibb elmi sahəsində Azərbaycan Kuba əməkdaşlığı müzakirə olunub

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Kubanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon ilə görüş keçirilib.

525.az-a nazirliyin mətbuat xidmətindən bildirib ki, görüşdə səhiyyə naziri Teymur Musayev bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də Azərbaycan-Kuba əməkdaşlığın nümunəvi olduğunu vurğulayıb. Teymur Musayev Səhiyyə Nazirliyinin nümayəndə heyətinin 2023-cü ildə dost dövlətə səfəri və Baş nazir Manuel Marrero Krusla görüşünü xatırladıb: “Səfər çərçivəsində bir sıra əhəmiyyətli və məhsuldar görüşlər baş tutub. Nümayəndə heyəti Kuba Respublikasının aparıcı tibb və əczaçılıq müəssisələrinin fəaliyyəti ilə tanış olub. Həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Kuba Respublikasının İctimai Səhiyyə Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb”.

Sonda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da səmərəli olacağına əminliyini ifadə edib.

Səfir Karlos Enrike Valdes de la Konsepsyon Kubanın Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edib: “Azərbaycan və Kuba arasında bir çox sahələrdə sıx əlaqələr mövcuddur. Ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik əlaqələr qurulub. Bu müddət ərzində Kuba və Azərbaycanın qarşılıqlı münasibətləri müsbət dinamika ilə inkişaf edir”.

Dost ölkələrin Səhiyyə nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini qeyd edən Kuba səfiri bu sənədin səhiyyə və tibb elminin inkişafı sahəsində ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Aprel 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri