Icma.az
close
up
RU
APA Azərbaycana nə vəd edir? Parlament diplomatiyasının növbəti uğuru

APA Azərbaycana nə vəd edir? Parlament diplomatiyasının növbəti uğuru

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Artıq dünyada ənənəvi diplomatiyadan fərqlənən yeni diplomatiya formaları beynəlxalq siyasətdə getdikcə daha mühüm rol oynamağa başlayıb. Bunun nəticəsidir ki, son illərdə dövlətlərarası əlaqələrin inkişafında və münasibətlərin qurulmasında parlament diplomatiyası daha ciddi formada önə çıxaraq ciddi rol oynamaqdadır. Çünki digər diplomatiya formalarından fərqli olaraq parlament diplomatiyası   istər dövlətlərarası, istərsə də beynəlxalq münasibətlər sistemində ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarının qurulması, mövqelərinin, maraqlarının təmin olunması baxımdan çevik, effektiv və geniş mexanizm imkanlarına malikdir. Bu səbəbdən də beynəlxalq münasibətlər sistemində parlament diplomatiyasının rolu getdikcə daha da artmaqdadır.
Artıq parlament diplomatiyası beynəlxalq münasibətlərin qanunvericilik bazasının formalaşdırılması rolu ilə paralel olaraq, həm də dövlətlər və regionlar arasında əlaqələrin, inteqrasiyanın dərinləşdirilməsində ciddi rol oynamaqdadır. 
Milli Məclis də parlament diplomatiyasının yaratdığı imkanlardan maksimum faydalanmaqla;
- Azərbaycana yeni dostlar qazandırmaq, ölkəmizin milli maraqlarını müdafiə edən parlament üzvlərinin fəaliyyətinə siyasi dəstək vermək üçün yeni imkanların əldə olunması;
- Azərbaycan Prezidenti tərəfindən müəyyən olunmuş çoxvektorlu xarici siyasət strategiyasına uyğun olaraq, parlament diplomatiyasının əhatə coğrafiyasının genişləndirilməsi;
- Azərbaycanın beynəlxalq parlament təşkilatları ilə əlaqələrinin möhkəmləndirilməsi;
- Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edən yeni və nüfuzlu platformalara çıxış imkanının əldə olunması;
- Azərbaycanın qarşısında duran hədəflərə və çağırışlara   və sair bu kimi məqsədlərə nail olmağa çalışır.
Fevralın 19-da Bakıda Asiya Parlament Assambleyasının (APA) “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr edilmiş 15-ci Plenar Sessiyası təkcə parlament diplomatiyası baxımdan deyil, bütövlükdə Azərbaycanın diplomatiyası baxımdan ciddi və uğurlu hadisədir. 
Azərbaycanın sədrliyi ilə APA-nın belə bir mötəbər toplantısının keçirilməsi ölkəmizin beynəlxalq arenada nüfuzunun daha da artaraq mövqeyinin möhkəmlənməsi, Azərbaycan həqiqətlərinin  dünyaya çatdırılması, ikitərəfli və çoxtərəfli əlaqələrinin qurulması baxımdan mühüm əhəmiyyət kəsb edir.
Birinci onu qeyd etmək lazımdır ki, Azərbaycanın istənilən beynəlxalq təşkilata və ya quruma rəhbərliyi dövründə həmin təşkilatın inkişafına və fəaliyyətinə ciddi töhfə verib. Məhz bu uğurlu fəaliyyətin nəticəsidir ki, Milli Məclisi hazırda APA ilə yanaşı, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, Türk Dövlətləri Təşkilatının Parlament Assambleyasına, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi kimi 4 təşkilata sədrlik edir. Odur ki, Milli Məclisin bu fəaliyyətini parlament diplomatiyasını uğurla həyata keçirilməsi kimi də dəyərləndirilməlidir. Bu, Azərbaycan Prezidentinin xarici siyasətlə bağlı müəyyən etdiyi strategiyanın uğurla icrasına öz töhfəsini verməklə yanaşı, ölkəmizin beynəlxalq aləmdəki rolunu daha da artırır. 
Azərbaycanın APA-ya sədrlik etdiyi son bir ildə təşkilatın fəaliyyəti yeni bir mərhələyə qədəm qoyaraq beynəlxalq aləmdə daha ciddi quruma çevrilməklə yanaşı, sıraları da genişlənib. 
Bu barədə toplantının açılış mərasimində çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova çıxışında qeyd edib ki, bu müddət ərzində istər birgə fəaliyyətin daha da gücləndirilməsi, APA-nın institusional potensialının inkişaf etdirilməsi, üzvlük sıralarımızın genişləndirilməsi, mövcud qurumların fəaliyyətinin canlandırılması və səmərəliliyinin artırılması, çoxtərəfli əməkdaşlıq istiqamətində ciddi uğurlara imza atılıb.
“Beynəlxalq siyasətdəki vəziyyəti və dünyada mövcud durumu nəzərə alsaq, çoxtərəfli əməkdaşlıq məsələsi heç vaxt bu gün olduğu qədər vacib olmayıb.  
Dünyamızın qarşılaşdığı humanitar böhranlar, münaqişələr, yoxsulluq, iqlim dəyişikliyi, ayrı-seçkiliyin, irqçiliyin, ksenofobiyanın və islamofobiyanın artması kimi problemlər və onlarla necə mübarizə aparmaq məsələsi qaçılmaz şəkildə müasir beynəlxalq münasibətlər sisteminin səmərəliliyi məsələsini ön plana çıxarır”, - Milli Məclisin sədri  qeyd edib. 
Fürsətdən istifadə edən spiker Qafarova Azərbaycanın məsələyə dair baxışlarını təqdim edib: “Beynəlxalq hüququn bütün norma və prinsiplərinə, eləcə də beynəlxalq təşkilatların qətnamə və qərarlarına baxmayaraq, beynəlxalq səviyyədə tanınmış əraziləri 30 il ərzində qonşu Ermənistan tərəfindən işğal altında saxlanılıb. Təəssüf ki, Azərbaycan, bugünkü sistemin səmərəsizliyinin əsas qurbanlarından biri olub. Ölkəmiz öz torpaqlarını azad edərək, ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə bütün bu norma, prinsip və qətnamələri təkbaşına həyata keçirib. Buna görə də, bu məsələnin nə qədər vacib olduğunu çox yaxşı anlayırıq. 
Həqiqətən də, beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməməsi, ikili standartlar və seçici yanaşmaların tətbiqi, dövlətlərin daxili işlərinə müdaxilə bugünkü ziddiyyətlərin və gərginliklərin əsas mənbəyidir. 
Aydın məsələdir ki, bu mənfi tendensiyanı aradan qaldırmağın və dünyada sülh, sabitlik və rifahı təmin etməyin ən etibarlı yolu çoxtərəfli sistemi gücləndirməkdir. Elə bir sistem ki, burada bütün ölkələr qaydalara hörmət edir, bir-birini kollektiv və qanuni mexanizmlərlə məsuliyyətə cəlb edir, bir-birinə dəstək göstərir və bir dövlətin maraqlarını digərindən üstün tutan birtərəfli yanaşmaları rədd edir.  
Azərbaycan hər zaman bu prinsiplərə uyğun olaraq effektiv və inklüziv çoxtərəfli sistemin güclü tərəfdarı olub. Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə Azərbaycan bu yanaşmanı aydın şəkildə nümayiş etdirib, Hərəkatın institusional inkişafı üzərində fəal işləməklə yanaşı, üzv dövlətlər arasında dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edib”.
Milli Məclisin sədrinin qeyd etdiyi kimi, parlament diplomatiyasının parlamentlərin fəaliyyəti ölkə daxilindəki fəaliyyəti ilə məhdudlaşmayaraq, regional və qlobal səviyyələrədək yüksəlib. Bu gün parlamentlərarası əməkdaşlıq platformaları regional və qlobal məsələlərin, problemlərin, böhranların həllində,  konstruktiv dialoqun, əməkdaşlığın və həmrəyliyin, etimad mühitinin  yaradılmasında xüsusi rol oyanamaq imkanına malikdir. Bu baxımdan APA Asiya coğrafiyasında ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşməsində, dövlətlər arasında əlaqələrin daha da möhkəmləndirilməsində böyük imkanlara malikdir. Ona görə də əlaqələrin gücləndirilməsində, dayanıqlı inkişafa dəstək vermək, regional, qlobal əməkdaşlığı daha da dərinləşdirmək, sülhün, təhlükəsizliyin təmin edilməsində parlament diplomatiyasının bu rolundan  faydalanmaq lazımdır.
Əminəm ki, Azərbaycan APA-da aktiv parlament diplomatiyasını  həyata keçirməklə Prezident İlham Əliyevin  xarici siyasi kursunun uğurla həyata keçib qarşıdakı hədəflərə və çağırışlara nail olunması, eyni zamanda  Azərbaycan həqiqətlərinin dünyaya çatıdırılıb, milli maraqlarının müdafiə olunması istiqamətində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməklə yeni uğurlara imza atacaq.

Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Fevral 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see250

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see239

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see201

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see201

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see196

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see190

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see179

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see171

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see164

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see162

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see142

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see138

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see135

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see135

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see134

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see131

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see131

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see126

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see126

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri