Icma.az
close
up
RU
Vaşinqtonda “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi” mövzusunda konfrans keçirilib YENİLƏNİB

Vaşinqtonda “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi” mövzusunda konfrans keçirilib YENİLƏNİB

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqton, 24 oktyabr, AZƏRTAC

ABŞ-ın paytaxtı Vaşinqtonda “Hudson” İnstitunun təşkilatçılığı ilə “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi” mövzusunda konfrans keçirilib.

AZƏRTAC-ın məlumatına görə, konfrans ABŞ-ın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında Vaşinqtonda imzalanan sazişə, regional proseslərə həsr olunub. Konfransda ABŞ-ın aparıcı ekspertləri və rəsmi şəxslər iştirak edib.

Açılış nitqi ilə çıxış edən “Hudson” İnstitutunda Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Mayk Doran Ağ evdə avqustun 8-də Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüşün təkcə uzun müddət münaqişə ilə yadda qalan regionda davamlı sülhü bərpa etmək üçün deyil, həm də Birləşmiş Ştatlar üçün yeni imkanlar yaratdığını bildirib. Onum sözlərinə görə, razılaşma Avropa, Yaxın Şərq və Mərkəzi Asiya arasında əlaqələri yenidən formalaşdıra biləcək fürsətlər doğurur.

Daha sonra Mayk Doranın moderatorluğu və Xəzər Siyasət Mərkəzinin Prezidenti Əfqan Nifti, Amerika Xarici Siyasət Şurasının vitse-prezidenti İlan Berman və “Hudson” İnstitutunun aparıcı eksperti Luk Koffinin iştirakı ilə “Ermənistan-Azərbaycan sülhünün regional təsirləri” mövzusunda panel müzakirə baş tutub. Ekspertlər sülh razılmasının daha geniş regiona təsirləri, Mərkəzi Asiya ölkələrinin əldə edəcəyi faydalar, regional ölkələrin baş verən proseslərdəki rolu, Türk dünyasının artan nüfuzu, regional layihələrin inkişaf perspektivləri, TRIPP layihəsi barədə müzakirələr aparıblar.

Daha sonra ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Dayns çıxış edərək sülh razılaşmasının Tramp administrasiyasının Cənubi Qafqazda sülh əldə etməyi prioritet hesab etdiyi vaxtda baş verdiyini deyib. Onun sözlərinə görə, həm Ermənistan, həm də Azərbaycan ABŞ-la unikal tərəfdaşlıq şəraitində müstəqil gələcəyə doğru üz tutub. Amerika Birləşmiş Ştatları regional sülhə bütün ölkələrin xeyrinə olacaq konkret sərmayələr qoyur.

Senator əlavə edib ki, avqustun 8-də əldə olunan razılaşmanın açdığı iqtisadi potensial çox əhəmiyyətlidir.

Daha sonra Mayk Doran və Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimin iştirakı ilə “ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi” mövzusunda ikinci panel müzakirə baş tutub. Çıxışçılar Vaşinqtonun Bakıya strateji yanaşmasına diqqət yetirilib, təhlükəsizlik, bağlantı və “Orta Dəhliz” təşəbbüsünün inkişafında ABŞ-Azərbaycan münasibətlərinin rolu barədə danışıbla

17:49

ABŞ-ın paytaxtı Vaşinqtonda “Hudson” İnstitutunun təşkilatçılığı ilə “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi” mövzusunda konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, konfrans ABŞ-ın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında Vaşinqtonda imzalanan sazişə, regional proseslərə həsr olunub. Konfransda ABŞ-ın aparıcı ekspertləri və rəsmi şəxslər iştirak edirlər.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 01:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri