Icma.az
close
up
RU
APA nın departament rəhbəri: Türkiyənin bəzi media qurumlarında Azərbaycana dair dezinformasiyalar narahatlıq doğurur

APA nın departament rəhbəri: Türkiyənin bəzi media qurumlarında Azərbaycana dair dezinformasiyalar narahatlıq doğurur

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkdilli ölkələrə qarşı məqsədli şəkildə yayılan dezinformasiyaya qarşı yalnız peşəkar media həmrəyliyi və koordinasiyalı fəaliyyət effektiv nəticə verə bilər.

Bunu APA İnformasiya Agentliyinin Beynəlxalq əlaqələr və analitika departamentinin rəhbəri Faiq Mahmudov Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Ankarada keçirilən türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumunda çıxışı zamanı deyib.

O bildirib ki, təəssüf doğuran məqamlardan biri qardaş Türkiyənin bəzi media qurumlarında son dövrlər Azərbaycanla bağlı dezinformasiya və feyk məlumatların yayılmasıdır. Faiq Mahmudovun sözlərinə görə, Azərbaycan tərəfinin rəsmi mövqeyi soruşulmadan, əsassız iddialara söykənən bu cür informasiyaların tirajlanması ölkəmizdə narahatlıqla qarşılanır.

“Halbuki məlumatların dəqiqləşdirilməsi o qədər də çətin proses deyil. Müraciət əsasında Azərbaycan tərəfindən məsələyə münasibət öyrənilməklə feyk məlumatların yayılmasının qarşısını asanlıqla almaq olar. Bu prosesdə Azərbaycandakı həmkarların, o cümlədən bizim də dəstəyimizdən yararlanmaq mümkündür. Yetər ki, məqsəd dəqiq və obyektiv informasiya yaymaq olsun”, – deyə o vurğulayıb.

Faiq Mahmudov qeyd edib ki, bu kimi hallar yaranarkən Azərbaycanın Medianın İnkişafı Agentliyi, APA Xəbərlər agentliyi və ölkənin digər media qurumları operativ reaksiya verərək aydınlaşdırıcı məlumatlar yayır: “Dezinformasiyanın yayıldığı ölkələrin rəsmi qurumları da analoji addımlar atarsa, saxta və yalan məlumatlar vaxtında neytrallaşdırılar, geniş yayılma və ictimai rəyin manipulyasiyası imkanları məhdudlaşdırılar.”

Çıxışında dezinformasiyanın məqsədli və dağıdıcı xarakter daşıdığını diqqətə çatdıran departament rəhbəri bu təhlükəyə qarşı mübarizədə həmrəyliyin vacibliyini vurğulayıb. O xatırladıb ki, 2021-ci ildə Azərbaycan və Türkiyə arasında Birgə Media Platforması yaradılıb və platformanın əsas fəaliyyət istiqamətlərindən biri beynəlxalq arenada dezinformasiyaya qarşı birgə mübarizə aparmaq və dünya ictimaiyyətini düzgün məlumatlandırmaqdır.

Faiq Mahmudovun fikrincə, bu platforma nümunə götürülərək türkdilli ölkələr arasında ümumi media platforması yaradıla bilər. Bu halda media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması ilə yanaşı, dezinformasiyalara qarşı da koordinasiyalı fəaliyyət mümkün olar.

“Türkdilli media orqanları bir-birini dəstəkləyən, eyni faktoloji bazaya söykənən və qarşılıqlı etimada əsaslanan informasiya mövqeyi formalaşdırmalıdır. Xüsusilə böhran dövrlərində və həssas məsələlərdə emosiyadan uzaq, yoxlanılmış məlumatlara əsaslanan, balanslı və məsuliyyətli yanaşma zəruridir. Bu, medianın siyasi mövqeyi deyil, peşəkar məsuliyyətdən irəli gələn həmrəyliyidir”, – deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Dekabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see312

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see225

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see165

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see161

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see154

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri