Aparıcı: Müəyyən səlahiyyət sahibisənsə, sərtlik olmalıdır
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Qapqara" verilişinin yeni buraxılışının qonağı aparıcı, şairə Nurlana Cəfərova olub.
Teleaparıcı 20 ilə yaxın fəaliyyəti ərzində dəyişməyən əsas xüsusiyyətinin məsuliyyət hissi olduğunu vurğulayıb:
"Əgər hələ də bu sahədə çalışıramsa, qazandığım təcrübənin özü başqa bir məsuliyyətdir. Mənim kimliyimi təşkil edən müxtəlif obrazlar - redaktor, aparıcı, şairə - hamısı əslidir və heç biri ilə məhdudlaşmır".
Nurlana Cəfərova münasibətlərdə sevgi və dəyişmək mövzusuna toxunaraq insanın özünəməxsusluğunu qorumalı olduğunu qeyd edib:
"Məncə, insan həqiqi sevgini tapanda qarşısındakına görə dəyişmir, ən yaxşı halda ona uyğunlaşır. Əgər bir insanla ömrünün axırına qədər eyni dam altında qocalmağı gözə almışansa, sən ona, o da sənə uyğunlaşır. Əgər kimsə kimisə əzib özünə uyğunlaşdırmaq istəyirsə, bu, eqoizmdir".
Xarakterindəki qətiyyətdən danışan aparıcı iş mühitindəki mövqeyini də izah edib:
"Mən həyatda çox az şeyə peşman olmuşam. İş prosesində, xüsusilə də müəyyən bir vəzifə və ya səlahiyyət sahibisənsə, sərtlik olmalıdır. Çünki hamı ilə həddindən artıq nəzakətlə davrananda da başqa fəsadlar olur".
Baxış sayı:80
Bu xəbər 06 Oktyabr 2026 08:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















