Icma.az
close
up
RU
“Apellyasiya baxışı Azərbaycanın hüquqi dövlət prinsipini nümayiş etdirir”

“Apellyasiya baxışı Azərbaycanın hüquqi dövlət prinsipini nümayiş etdirir”

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq xarakterli insanlıq əleyhinə və müharibə cinayətləri törətdiyinə görə məhkum olunmuş erməni separatçılarının və onların müdafiəçilərinin verdiyi şikayətlərə baxılması həm beynəlxalq hüququn və həm də ölkə qanunvericiliyinin  fundamental prinsipləri baxımından diqqətçəkəndir.

İnsan hüquqlarına dair beynəlxalq sənədlər və Azərbaycan Respublikası Konstitusiyası hər bir şəxsin, o cümlədən xüsusilə ağır cinayətlər törətməkdə təqsirli bilinən şəxslərin məhkəmə müdafiəsi və yuxarı instansiya məhkəməsinə müraciət hüququnu təmin edir. Bu baxımdan apellyasiya instansiyasında işə baxılması hüquqi dövlətin ayrılmaz elementi olmaqla yanaşı, cinayət mühakimə icraatının ədalətlilik və şəffaflıq prinsiplərinin təmin edilməsinə xidmət edir”.

Gununsesi.info  bildirir ki, bu fikirləri hüquqşünas Qulamhüseyn Əlibəyli deyib:


“Dövlət məhz bu yanaşma ilə göstərir ki, ən ağır cinayətlərə görə məsuliyyətə cəlb olunan şəxslər belə qanun qarşısında prosessual hüquqlardan məhrum edilmirlər.

Beynəlxalq və milli hüquq baxımından belə məhkəmə prosesləri ədalətli məhkəmə araşdırması, müdafiə hüququ, tərcüməçi ilə təmin olunma, vəkillə təmsilçilik və məhkəmə qərarından şikayət vermək hüququ kimi fundamental təminatların praktik reallaşdırılması kimi qiymətləndirilir. Bu təminatların mövcudluğu məhkəmə qərarlarının legitimliyini artırır və sonrakı hüquqi mübahisələr zamanı dövlətin mövqeyini gücləndirir.

Bu proses Azərbaycan dövlətinin postmünaqişə dövründə ərazilərimizin uzun müddət işğal altında saxlamış seperatçı şəxslərə münasibətdə hüquqi prinsiplərə və mexanizmlərə üstünlük verdiyini nümayiş etdirir. Başqa sözlə, müharibədə qalib gəlmiş dövlət hərbi güc və ya siyasi ritorikadan deyil, təminatlı məhkəmə prosedurlarından istifadə etməklə seperatçı şəxslərin məsuliyyət məsələsini hüquqi müstəviyə çıxarır. Bu, beynəlxalq ictimaiyyət üçün də mühüm mesajdır: münaqişə nəticəsində törədilmiş ağır cinayətlərin qiymətləndirilməsi və müvafiq cəzaların təyinin yalnız məhkəmə institutları vasitəsilə həyata keçirilir.

Mahiyyət etibarilə həmin şəxslərin əməlləri Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşuna qarşı yönəlmiş cinayətlər, habelə insanlıq əleyhinə və müharibə cinayətləri kimi tövsif edilir. Bu əməllərə görə cinayət məsuliyyəti fərdi xarakter daşıyır, yəni hər bir şəxs törətdiyi konkret əməllərə görə məhkəmə tərəfindən cəza alır. Məhkəmənin vəzifəsi törədilmiş əməllərə siyasi qiymət verilməsi deyil, təqdim edilmiş sübutlar əsasında cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verməkdir. Apelyasiya məhkəmənin qərarının siyasi deyil,  hüquqi arqumentlərə söykənməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan apellyasiya icraatında da hər bir məhkumun şikayətinə ayrıca hüquqi qiymət verilməsi, onun müdafiə hüququnun təmin olunması və irəli sürdüyü arqumentlərin fərdi qaydada araşdırılması hüquqi legitimliyi gücləndirən amillərdəndir.

Nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi yalnız birinci instansiya məhkəməsinin hökmünü təsdiqləmək və ya dəyişdirmək funksiyasını daşımır, işə mahiyyəti üzrə tam şəkildə baxır. Bu zaman mühakimə olunmuş şəxslərin əməllərinin hüquqi tövsifinin düzgünlüyünü, təqdim edilmiş sübutların verilmiş ittihamları sübut etmək üçün yetərliliyi və mümkünlüyü məsələsini, prosessual normalara və təminatlara əməl olunmasını və işin ədalətli həlli üçün  əhəmiyyətli olan digər halların araşdırılmasını həyata keçirir. Belə yanaşma məhkəmə ictimai etimadı artıran əsas mexanizmlərdən biridir”.

O qeyd edib ki, beynəlxalq xarakterli çoxsaylı cinayətlərə görə məhkum olunmuş erməni separatçılarının apelyasiya instansiyasında bəraət istəməsi ictimaiyyət tərəfindən siyasi və mənəvi cəhətdən qınanıla bilər:

“Lakin bu, beynəlxalq və milli hüquq baxımından onların əməllərinin qiymətləndirilməsi, onların prosessual təminatlarının məhdudlaşdırılması üçün yetərli deyil.  Əsas məsələ prosesin hüquqi standartlara uyğun aparılmasıdır ki, bu da öz növbəsində  həm daxili hüquq sistemi, həm də beynəlxalq hüquqi müstəvidə Azərbaycanın mövqeyini gücləndirən mühüm amildir.

Keçid ədaləti adlı bir yanaşma var. Bu yanaşmaya görə  silahlı münaqişədən sonrakı dövrdə davamlı sülh yalnız siyasi razılaşmalarla deyil, eyni zamanda hüquqi məsuliyyət mexanizmləri vasitəsilə möhkəmləndirilə bilər. Münaqişədən sonrakı cəmiyyətlərdə ən təhlükəli tendensiyalardan biri cəzasızlıq hissidir. Tarix göstərir ki, ağır cinayətlər hüquqi qiymət almadıqda, bu, gələcəkdə yeni zorakılıq risklərini artırır. Əksinə, qanunun aliliyinə əsaslanan mühakimə prosesi həm zərərçəkmişlərin ədalət gözləntilərini təmin edir, həm də gələcək nəsillərə hüququn üstünlüyü barədə aydın mesaj verir.

Ona görə də Bakı Apelyasiya Məhkəməsindəki belə proseslər münaqişədən sonrakı dövrdə ədalətin bərpası, cəzasızlığın aradan qaldırılması və uzunmüddətli sülhün hüquqi əsaslarının formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycan bu məhkəmə prosesi vasitəsilə beynəlxalq ictimaiyyətə mühüm mesaj verir. Otuz ilə yaxın davam etmiş işğalın nəticələri hüquqi müstəvidə qiymətləndirilir. Münaqişənin yaratdığı ağır humanitar və hüquqi nəticələr silahlı qarşıdurma deyil, məhkəmə institutları vasitəsilə araşdırılır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 İyul 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri