Icma.az
close
up
RU
Aprel ayında baş verən təbiət hadisələri istehsalçılara bu qədər ziyan vurub

Aprel ayında baş verən təbiət hadisələri istehsalçılara bu qədər ziyan vurub

Icma.az bildirir, Unikal.az portalına istinadən.

"Məlumdur ki, aqrar sahə təkcə Azərbaycanda deyil, qlobal dünyada mövcud iqtisadiyyatların arasında əsas prioritetlərdən biri kimi vacib mövqe tutur. Təbii fəlakətlər getdikcə daha sıx və tez-tez baş verir ki, bu hal kənd təsərrüfatı məhsuldarlığını ciddi şəkildə azaldır və bütün dünyada ərzaq təhlükəsizliyini təhdid edir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib. O bildirib ki, iqlim dəyişiklyinin təsirləri həm bizim ölkəmizdə, həm də qonşu ölkələrdə müşahidə edilir:

"Belə ki, qardaş Türkiyə Respublikasında aprel ayının ilk yarısında havaların kəskin dəyişməsi və son 30 ildə ən kəskin şaxtaların olması fermerləri və istehsalçıları çıxılmaz vəziyyətə salıb. İlkin hesablamalara əsasən, yalnız sığortalı olan istehsalçılar 1 milyard manat civarında itkilərlə üzləşiblər. Ümümi ziyan isə hələ hesablanmaqdadır. Ölkəmizdə də aprel ayında baş verən təbiət hadisələri istehsalçıları maliyyə itkiləri ilə üz-üzə qoyub. Belə ki, yalnız aprel ayında aqrar sığorta fonduna edilən müraciətlər deməyə əsas verir ki, ölkəmizdə sığortalanmış 13 milyon manatlıq istehsala tam və ya qismən ziyan dəyib. İlin əvvəlindən isə artıq 26 mln manatlıq istehsala ziyan dəyməsi ilə bağlı müraciətlər olub. Qeyd etmək istərdim ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur".

Sədr qeyd edib ki, Azərbaycanda tətbiq edilən aqrar sığorta modeli dünyada olan analoji sistemlərin uğurlu tətbiqinə əsaslanaraq hazırlanıb: "Bu model fermerlərimizin aqrar sahədə üzləşdiyi problemləri həll etmək, onların dayanıqlı fəaliyyətlərini təmin etmək, sahəyə marağın stimullaşdırılmasını həyata keçirmək üçün nəzərdə tutulub. Belə ki, ölkədə əkinə yaralı ərazilərin 98%-ni əhatə edə biləcək aqrar sığorta xidmətlərini təmin edən sistem formalaşdırılıb. Hazırda sığorta təminatı bitkiçilik, heyvandarlıq və akvakultura da daxil olmaqla kənd təsərrüfatı fəaliyyətinin geniş spektrini əhatə edir. Hazırda 41 bitki növü üzrə 14 riskdən, heyvandarlıq üzrə isə 8 riskdən sığorta təminatı təklif edilməkdədir. Yaradılmış Aqrar sığorta modelinin müsbət nəticələri qısa müddətə baxmayaraq artıq göz qabağındadır. Hazırda ölkənin kənd təsərrüfatı təyinatlı ərazilərinin 30% i, yəni, 450 000 hektarı sığorta təminatı altına alınıb. Eləcə də bitkiçiliy üzrə aqrar istehsalın 8%-i sığortalanıb və fondun üzərinə götürdüyü sığorta öhdəlikləri 450 mln manat təşkil edib. Bağladığımız müqavilə sayları 57minə çatmış, zərər ödənişlərimiz  isə 15 milyonu ötüb. Aqrar Sığorta Fondu tərəfindən sığorta təminatına alınmış fermerlərə baş vermis sığorta hadisələrinə görə ödənilən təzminatlar ildən ilə artmaqdadır. Bu da zərərçəkənlərə fəaliyyətlərini bərpa etməyə və kənd təsərrüfatı fəaliyyətlərini əhəmiyyətli axsamalar olmadan davam etdirməyə imkan verib".

Anar Kəlbiyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 Aprel 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri