Icma.az
close
up
RU
“APRSAF Kosmos, Aviasiya və STEAM Seminarı” layihəsinə start verilib

“APRSAF Kosmos, Aviasiya və STEAM Seminarı” layihəsinə start verilib

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, açılış mərasimində Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) Kosmik Təhsil Mərkəzinin direktoru Fumiaki Tanigaki, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev iştirak ediblər.
Layihə Asiya-Sakit Okean regionunun, həmçinin APRSAF-a üzv olan ölkələrin STEAM müəllimlərinin peşəkar inkişafını dəstəkləməyi hədəfləyir. Layihə çərçivəsində minlərlə müəllimə kosmos, aviasiya, aeronavtika, elm, texnologiyalar, incəsənət, riyaziyyat və digər sahələrdə tədris metodologiyaları öyrədilir.
Layihənin ilk mərhələsi 2023-cü ilin oktyabr ayında Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində baş tutmuşdur. İkinci mərhələ isə 10–13 iyun tarixlərində KOSMİK Akademiyada təşkil olunan seminarlar formatında həyata keçirilir. Bu mərhələdə JAXA ekspertlərinin iştirakı ilə, ölkəmizin ümumtəhsil müəssisələrini təmsil edən və STEAM fənlərini tədris edən 50 müəllimin iştirakı nəzərdə tutulur.
Tədris proqramı “İdarə edilə bilən kəşf” (Guided Discovery Learning), “Layihə əsaslı tədris” (Project Based Learning) və “Hesablama təfəkkürü” (Computational Thinking) kimi qabaqcıl tədris metodologiyaları əsasında hazırlanıb.
Təşkil olunan seminarların əsas məqsədi kosmik sahə üzrə təhsilin inkişafına və STEAM tədrisinin gücləndirilməsinə mühüm töhfə verməkdir. Eyni zamanda, bu seminarlar STEAM müəllimlərinə innovativ yanaşmalar və müasir tədris strategiyaları təqdim etməklə, onların peşəkar inkişafına dəstək göstərir.

Seminarların məqsədlərindən biri də elm və texnologiyalar sahəsində inkişafı, tərəqqini və insan kapitalının davamlı inkişafını təşviq etməkdir.
İlk dəfə 1993-cü ildə Tokio şəhərində keçirilmiş Asiya-Sakit Okean Regionu Kosmik Agentliklərinin Forumu (APRSAF) dünyada kosmik sahə üzrə ən nüfuzlu tədbirlərdən hesab olunur. Forum 52 ölkədən 844 nüfuzlu təşkilatı və 32 beynəlxalq qurumu bir araya gətirərək ev sahibliyi edən yerli tərəfdaşın birgə təşkilatçılığı ilə fərqli ölkələrdə keçirilir.
Forumda dünyanın ən qabaqcıl kosmik agentlikləri və elmi təşkilatları təmsil olunur və iştirakçılar arasında NASA, JAXA, ESA, CNSA kimi qurumlar yer alır. Forum beş işçi qrupdan ibarət olub - peyk tətbiqləri, kosmik tədqiqatların təkmilləşdirilməsi, kosmik təhsil, kosmik cəbhə, kosmik diplomatiya və hüquq, eləcə də kosmik sənaye kimi istiqamətlərdə fəaliyyət göstərir. Forum həmçinin iştirakçı tərəflərin qarşılıqlı əməkdaşlıqdan faydalanması üçün fəlakətlərin idarə edilməsi və ətraf mühitin mühafizəsi kimi ümumi məsələlərin həlli kimi beynəlxalq layihələrin yaradılmasını dəstəkləyir.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azvision.az
archiveBu xəbər 11 İyun 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see251

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see239

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see233

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see209

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see156

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see153

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see145

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see143

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see141

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see138

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see137

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see134

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see133

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see133

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri