Icma.az
close
up
RU
Güləş seminarı Qubada

Güləş seminarı Qubada

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Güləş məşqçilərinin Ümumrespublika seminarı davam edir.

Apasport.az xəbər verir ki, seminarın növbəti mərhələsi bu gün Quba şəhərində keçirilib.

Tədbirdə Quba ilə yanaşı, Xaçmaz, Qusar, Siyəzən və Şabran rayonlarının güləş üzrə məşqçi-müəllimləri iştirak edib.

Seminarın nəzəri hissəsində ilk olaraq Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Mustafa Nuhbalayev çıxış edərək, belə tədbirlərin mütəmadi keçirilməsinin ölkədə güləşin daha da inkişaf etməsi üçün böyük əhəmiyyət daşıdığını deyib. Azərbaycan Güləş Federasiyasının (AGF) Hakimlər Kollegiyasının sədri Qərib Əliyev AGF-nin bu idman növündə kəmiyyət və keyfiyyət artımına nail olmaq üçün atdığı addımlardan danışıb. Sərbəst güləş üzrə U-20 millinin məşqçisi Rövşən Hacıyev və yunan-Roma güləşi üzrə yığmanın məşqçisi Elvin Mürsəliyev həmkarlarıyla təcrübələrini bölüşüblər. Daha sonra l-S kateqoriyalı hakim Sədi Quliyev yarışlarda keçirilən görüşlərdə yaranan çətin vəziyyətlərdə verilən qərarları şərh edib.

Seminarın praktiki hissəsində bu bölgənin idmançıları üçün nümunəvi məşq keçirilib. R.Hacıyev sərbəst, E.Mürsəliyev isə yunan-Roma güləşi üzrə fəndlərin dəqiq icrasını nümayiş etdirib.

Qeyd edək ki, güləş məşqçilərinin Ümumrespublika seminarının növbəti mərhələsi noyabrın 18-də Sumqayıt şəhərində keçiriləcək.

Güləş məşqçilərinin Ümumrespublika seminarına start verilib AGF yeni layihəyə start verib Güləşçilərimiz üçün uğursuz gün Güləşçimiz üçün bürünc medal şansı Üç güləşçimiz bürünc üçün yarışacaq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://apasport.az
archiveBu xəbər 14 Noyabr 2024 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see316

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see307

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see302

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see302

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see299

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see290

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see287

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see281

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see281

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see255

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see254

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see249

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see247

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see246

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see241

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see236

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see234

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see234

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see230

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri