Icma.az
close
up
RU
Aqabekyanın yazısı əslində, bir “məğlubiyyət gündəliyi”dir Kamran Əsədov erməninin cavabını verdi

Aqabekyanın yazısı əslində, bir “məğlubiyyət gündəliyi”dir Kamran Əsədov erməninin cavabını verdi

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənilər sistemli Azərbaycan gəncliyinin qarşısında həmişə zəif qalacaq


Azərbaycanın dövlət dəstəyi, sistemli yanaşması və sosial bərabərlik imkanları Ermənistan gənclərini intellektual müstəvidə də, sosioloji və siyasi baxımdan da üstələyir

Keçmiş Qarabağ separatçılarının üzvü, qondarma qurumda  “deputat” olmuş Aramayis Aqabekyan  diqqətçəkici paylaşımla çıxış edib. Axar.az xəbər verir ki, o, Azərbaycan gəncləri ilə ilk tanışlığının 2013 və ya 2014-cü ildə olduğunu yazıb. “Avstriyada AB-nin dəstəklədiyi layihə çərçivəsində çox maraqlı kurs təşkil olunmuşdu. İlk gün azərbaycanlılar meydana çıxdı, demək olar ki, hamısı Avropanın məşhur təhsil ocaqlarının tələbələri idi, halbuki biz ya Ermənistan Dövlət Universitetində, ya da ən yaxşı halda İrəvan Universitetində oxumuşduq.

 Əvvəlcə düşündüm ki, yəqin ki, varlı ailələrdəndirlər və təəssürat yaratmaq üçün xüsusi olaraq göndəriliblər. Sonra onların orta və kasıb ailələrin övladları olduqlarını, Heydər Əliyev Fondunun xətti ilə təhsil aldıqlarını, gələcək fəaliyyətlərini vətənə xidmətlə əlaqələndirdiklərini biləndə çox təəccübləndim”, - o bildirib. Aqabekyan iddia edib ki, bu ciddi təhsil fərqi, ünsiyyətimizdə böyük rol oynamadı, mübahisələrə gəlincə, həvəs, çeviklik və hiyləgərlik hesabına bir şey “düzəltdim”: “Onlar bizdən daha hazırlıqlı idilər və bizim fərdi təşəbbüslərimizin önündə dövlətin himayəsində olan bir sistem vardı. Dediyim odur ki, bizdə sistemlər qurulmayana qədər, yoxsul və orta gəlirli ailələrdən olan uşaqların təhsil almaları və vətənlərinə xidmət etmələri üçün resurslar və yanaşmalar tapmayana qədər heç nə işləməyəcək. Onlar bizdən zəifdirlər, sadəcə olaraq koordinasiyalı şəkildə hərəkət edirlər”.


Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri, fəlsəfə doktoru Kamran Əsədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Qarabağın keçmiş separatçısı Aramayis Aqabekyanın bu paylaşımı, xüsusilə də,  “azərbaycanlılar bizdən zəifdirlər, sadəcə koordinasiyalıdırlar”, iddiası məntiqi baxımdan ziddiyyətli, siyasi baxımdan etiraf xarakterli, mənəvi baxımdan isə kompleksli bir açıqlamadır: 

- Əslində o, öz qeyri-müəyyən ittihamları ilə Azərbaycan təhsil sisteminin son 20 ildə həyata keçirdiyi əsaslı dəyişiklikləri, dövlət və cəmiyyətin gənclərə yönəlik strateji yanaşmalarını qeyri-ixtiyari şəkildə etiraf etmiş olur. Təəccüblü budur ki, bir tərəfdən azərbaycanlı gənclərin Avropanın ən nüfuzlu universitetlərində təhsil aldıqlarını, ünsiyyətcil, çevik, müasir və sistemli yanaşma nümayiş etdirdiklərini etiraf edir, digər tərəfdən isə onları “zəif” adlandırır. Bu, klassik məğlubiyyət sindromunun və özgüvən itkisi ilə maskalanmış məğlub kompleksinin ifadəsidir. Əgər qarşı tərəf “zəifdirsə”, necə olur, beynəlxalq akademik platformalarda sizi tərk-silah edir, intellektual debatlarda üstünlük qazanır, dövlətin və millətin dəstəyini arxasına alır və milli maraqlarına uyğun davranış nümayiş etdirir?!.


K.Əsədov bildirdi ki, Azərbaycan gənclərinin sistemli şəkildə xaricdə təhsil almaları və sonradan ölkəyə dönüb dövlət və cəmiyyətin müxtəlif sahələrində xidmət göstərmələri sırf fərdi təşəbbüslə yox, dövlət strategiyası ilə həyata keçirilən planlı bir siyasətdir: 

-  “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” və sonrakı illərdə Heydər Əliyev Fondunun və Təhsil Nazirliyinin təşəbbüsü ilə reallaşan təqaüd proqramları yüzlərlə azərbaycanlı gəncin Oksford, Harvard, Sorbon, LSE, UCL, TU Delft və digər qabaqcıl universitetlərdə təhsil almasına şərait yaradıb. Və bu gənclər sonradan öz bilik və təcrübələri ilə ölkədə idarəetmənin, texnologiyanın, təhsilin və iqtisadiyyatın modernləşməsinə töhfə verirlər. Aqabekyan və onun kimiləri bu uğuru anlamır, ya da qəbul etmək istəmir. Çünki onlar hələ də məğlubiyyətin səbəbini qarşı tərəfdə deyil, öz sistemsizliklərində axtarmırlar. Onun ifadəsi ilə desək, “fərdi təşəbbüslər” sistemin əvəzi ola bilməz. Və bu, elə Ermənistan cəmiyyətinin və onun separatçı təbəqəsinin əsas probleminin mahiyyətidir: dövlət və xalq arasındakı strateji bağ qopuqdur. Azərbaycan isə bu sahədə ciddi təməl atıb – həm elmi, həm ideoloji, həm də sosial mənada. Ən mühüm məqamlardan biri odur ki, Aqabekyan açıq şəkildə etiraf edir: Azərbaycanın dövlət dəstəyi, sistemli yanaşması və sosial bərabərlik imkanları Ermənistan gənclərini intellektual müstəvidə də, sosioloji və siyasi baxımdan da üstələyir. Yəni bu yazı – əslində, bir “məğlubiyyət gündəliyi”dir. Onun “zəifdirlər, amma koordinasiyalıdırlar” ifadəsi isə mahiyyət etibarilə başqa cür deməyə utanılan bir məğlubiyyət etirafıdır. Aqabekyanın paylaşımı həm də göstərir ki, separatçılıq ideyası ilə formalaşan təhsilsiz nəsil dünya ilə ayaqlaşa bilməyəcək qədər köhnəlmiş, qapalı və ideoloji qısır bir düşüncənin məhsuludur. Azərbaycan isə təhsili milli inkişafın təməli, gəncliyi isə dövlətçilik strategiyasının lokomotivi kimi qəbul edir. Bütün fərq də budur. Əgər erməni gəncləri bu sistemsizliyin içindən çıxıb, regionda sülh və əməkdaşlıq istəyirlərsə, əvvəlcə məğlubiyyətin səbəbini anlayıb onu daxildə həll etməlidirlər. Əks halda, onların fərdi təşəbbüsləri sistemli Azərbaycan gəncliyinin qarşısında həmişə zəif qalacaq. Aqabekyan da bunu hiss edir, sadəcə dərk etməyə hələ hazır deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Aprel 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri