Icma.az
close
up
RU
AQC ilə ANEVAR arasında ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb

AQC ilə ANEVAR arasında ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc Rumıniyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyasının (ANEVAR) ofisində təşkilatın görüş keçirib.

XQ xəbər verir ki, görüşdə təşkilatın prezidenti Ioan Bercu, 2024–2025-ci illərdə ANEVAR-ın prezidenti olmuş Adrian Popa Bochiş, ANEVAR-ın əməkdaşı Elena Apostolescu  və Azərbaycanın Rumıniyadakı səfirliyinin nümayəndəsi iştirak edib.

Görüşdə AQC və ANEVAR-ın fəaliyyəti, təşkilatların inkişaf istiqamətləri, beynəlxalq əlaqələr və Azərbaycanla Rumıniyanın qiymətləndiricilərinin birgə həyata keçirə biləcəyi layihələr müzakirə olunub. Tərəflər iki ölkənin peşəkar təşkilatları arasında əlaqələrin genişləndirilməsi, qiymətləndirmə sahəsində təcrübə mübadiləsi və Azərbaycan qiymətləndiricilərinin Avropa qiymətləndirmə məkanına inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparıblar.

Səmimi və dostluq şəraitində keçən görüşdə peşəkar əlaqələrin möhkəmləndirilməsinə, qabaqcıl təcrübələrin paylaşılmasına və qarşılıqlı əməkdaşlığın konkret nəticələr verməsinə xüsusi diqqət yetirilib. AQC İdarə Heyətinin sədri Vüqar Oruc çıxışında Azərbaycan və Rumıniya qiymətləndiriciləri arasında təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, hər iki təşkilatın idarəetmə quruluşu, fəaliyyət mexanizmləri və peşəkar inkişaf istiqamətləri üzrə əməkdaşlığın qarşılıqlı fayda verəcəyini bildirib.

Görüşün əsas məsələlərindən biri 2028-ci ildə Avropa Qiymətləndiricilər Assosiasiyaları Qrupunun (TEGoVA) toplantısının Bakıda keçirilməsi təşəbbüsü olub. Tərəflər oktyabrın 21–25-də keçiriləcək TEGoVA toplantısında Rumıniya tərəfinin bu təşəbbüsü dəstəkləməsi ilə bağlı mövqelərini razılaşdırıblar.

2028-ci il Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yaranmasının 30 illiyinə təsadüf edir. Bu baxımdan, TEGoVA toplantısının Bakıda keçirilməsi AQC-nin yubileyinin Avropanın qiymətləndirmə təşkilatlarının iştirakı ilə qeyd olunması üçün də mühüm fürsət yaradacaq. Görüşdə belə bir tədbirin həm Azərbaycan qiymətləndirmə sektorunun beynəlxalq əlaqələrinin genişləndirilməsinə, həm də ölkəmizin Avropa qiymətləndirmə ictimaiyyətində mövqeyinin güclənməsinə töhfə verəcəyi vurğulanıb.

ANEVAR rəhbərliyi, eyni zamanda, AQC rəhbərliyini 2027-ci ildə Rumıniya təşkilatının 35 illik yubileyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak etməyə dəvət edib. Dəvət iki ölkənin peşəkar təşkilatları arasında münasibətlərin daha da möhkəmləndirilməsi və gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilib.

Görüşün sonunda Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə ANEVAR arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi AQC adından İdarə Heyətinin sədri Vüqar Oruc, Rumıniya tərəfdən isə ANEVAR prezidenti Ioan Bercu imzalayıb. Memorandum qiymətləndirmə sahəsində təcrübə mübadiləsinin genişləndirilməsini, peşəkar əlaqələrin möhkəmləndirilməsini, birgə təşəbbüslərin həyata keçirilməsini və beynəlxalq əməkdaşlığın inkişafını nəzərdə tutur.

Əməkdaşlığın mühüm istiqamətlərindən biri Azərbaycanda milli qiymətləndirmə standartlarının hazırlanmasıdır. Tərəflər 54 saylı Milli Qiymətləndirmə Standartları Komitəsinin fəaliyyəti çərçivəsində Rumıniyanın təcrübəsinin komitə üzvləri ilə bölüşdürülməsi və milli qiymətləndirmə standartlarının hazırlanmasının yekunlaşdırılmasına dəstək göstərilməsi barədə razılığa gəliblər. ANEVAR-ın bu istiqamətdə təcrübə və metodoloji dəstəyi milli qiymətləndirmə standartlarının hazırlanması prosesinə töhfə verəcək, Azərbaycanda qiymətləndirmə sisteminin təkmilləşdirilməsinə kömək edəcək.

Görüş zamanı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin TEGoVA-ya üzvlüyə qəbul olunması münasibətilə AQC rəhbərliyi təbrik edilib. Qeyd olunub ki, bu üzvlük Azərbaycan qiymətləndiricilərinin Avropadakı həmkarları ilə əlaqələrinin genişlənməsi, beynəlxalq təcrübədən daha geniş yararlanması və peşəkar standartların inkişafı üçün yeni imkanlar açır.

Səfər çərçivəsində qarşılıqlı xatirə hədiyyələri də təqdim olunub. Vüqar Oruc ANEVAR-ın kitabxanasına “Qiymətləndirmə” jurnalının ilk nömrəsini hədiyyə edib. Bununla yanaşı, Azərbaycan və Avropa qiymətləndiriciləri arasında əlaqələrin və inteqrasiyanın inkişafına göstərdiyi dəstəyə görə Adrian Ioan Popa Bochişə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti adından təşəkkürnamə təqdim edilib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri