Icma.az
close
up
RU
AQC ilə SDU arasında Əməkdaşlıq Memorandumu imzalanıb

AQC ilə SDU arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə əməkdaşlıq perspektivlərinə həsr olunmuş görüş keçirilib.

Görüşdə çıxış edən Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nurəli Yusifbəyli bildirib ki, universitetin inkişaf strategiyasında dövlət qurumları, peşəkar birliklər və biznes sektoru ilə əməkdaşlığın genişləndirilməsi əsas prioritet istiqamətlərdən birini təşkil edir. Rektor diqqətə çatdırıb ki, müasir dövrdə ali təhsil müəssisələrinin missiyası yüksəkixtisaslı mütəxəssislər hazırlamaqla yanaşı, eyni zamanda, əmək bazarının tələblərinə uyğun insan kapitalının formalaşdırılmasını, tətbiqi elmi tədqiqatların inkişafını, innovativ yanaşmaların təşviqini və universitet-sənaye əməkdaşlığının daha da möhkəmləndirilməsini əhatə edir.

Rektor qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə insan kapitalının inkişafı, rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılması, elm, təhsil və istehsalat arasında əlaqələrin gücləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü dövlət siyasəti ali təhsil müəssisələrinin qarşısında yeni imkanlar və mühüm vəzifələr müəyyənləşdirir. Bu baxımdan, SDU-da aparılan institusional islahatlar, rəqəmsal transformasiya prosesləri, keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi və əmək bazarının tələblərinə uyğun təhsil proqramlarının yenilənməsi ölkənin strateji inkişaf hədəflərinin reallaşdırılmasına xidmət edir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc qurumun fəaliyyəti, qiymətləndirmə peşəsinin inkişafı, beynəlxalq standartların tətbiqi və peşəkar kadr hazırlığı istiqamətində görülən işlər barədə məlumat verib. Vüqar Oruc bildirib ki, cəmiyyətin əsas fəaliyyət istiqamətlərindən biri ölkədə qiymətləndirmə peşəsinin inkişafına töhfə vermək, bu sahədə beynəlxalq standartların tətbiqini genişləndirmək və peşəkar kadr potensialını gücləndirməkdir. Onun sözlərinə görə, bu məqsədlərə nail olmaq üçün ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

Vüqar Oruc qeyd edib ki, əməkdaşlıq çərçivəsində qiymətləndirmə sahəsində beynəlxalq standartların və metodoloji yanaşmaların tədris prosesinə inteqrasiyası, birgə elmi tədqiqatların aparılması, terminoloji və metodiki vəsaitlərin hazırlanması, təlim və sertifikatlaşdırma proqramlarının təşkili, konfrans, forum, seminar və dəyirmi masaların keçirilməsi, həmçinin tələbələrin qiymətləndirmə şirkətlərində istehsalat təcrübəsinin təşkili istiqamətində birgə fəaliyyət həyata keçiriləcək.

AQC sədri vurğulayıb ki, əməkdaşlıq həm universitet tələbələrinin nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsinə, həm də qiymətləndirmə sahəsində rəqabətqabiliyyətli, beynəlxalq standartlara uyğun mütəxəssislərin hazırlanmasına mühüm töhfə verəcək.

Görüş zamanı qiymətləndirmə sahəsində beynəlxalq standartların öyrənilməsi və tətbiqi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, elmi tədbirlərin təşkili, müasir təlim proqramlarının hazırlanması, tələbələrin istehsalat təcrübəsinin səmərəli təşkili, sertifikatlaşdırma proqramları üzrə əməkdaşlıq və milli ekspert potensialının inkişafı istiqamətində geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda Sumqayıt Dövlət Universiteti ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Avqust 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri