Icma.az
close
up
RU
AQEM in VII Zirvə Görüşü: Prezidentdən dünyaya MÜHÜM MESAJLAR

AQEM in VII Zirvə Görüşü: Prezidentdən dünyaya MÜHÜM MESAJLAR

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda keçirilən AQEM-in VII Zirvə Görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın keçdiyi tarixi yolun, üzləşdiyi ədalətsizliklərin və bu gün beynəlxalq münasibətlər sistemində müdafiə etdiyi prinsiplərin ifadəsi baxımından xüsusi əhəmiyyət daşıyır.  

Dövlət başçısının çıxışında diqqəti çəkən əsas məqamlardan biri Ermənistanın Azərbaycana qarşı uzun illər davam etdirdiyi işğal siyasətinə görə məsuliyyət məsələsi oldu. Prezident bir daha xatırlatdı ki, müharibənin başa çatması keçmişdə törədilmiş cinayətlərin unudulması demək deyil. Əksinə, davamlı sülhün qurulması üçün tarixi həqiqətlərin qəbul edilməsi və ağır cinayətlərə görə məsuliyyət məsələsinin hüquqi müstəvidə həll olunması vacibdir.

Ermənistanın keçmiş rəhbərlərinin fəaliyyəti ilə bağlı səsləndirilən fikirlər də bu baxımdan mühüm siyasi mesaj idi. Azərbaycan torpaqlarının uzun illər işğal altında saxlanılması, yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi, yaşayış məntəqələrinin dağıdılması və mülki əhaliyə qarşı törədilmiş cinayətlər regionun yaxın tarixində silinməz izlər buraxıb. Prezidentin vurğuladığı kimi, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi baş versə də, əvvəlki siyasətdən dərhal imtina edilmədi. Bu isə onu göstərir ki, siyasi rəhbərlərin dəyişməsi hər zaman dövlətin həyata keçirdiyi siyasətin mahiyyətinin dəyişməsi anlamına gəlmir. Azərbaycan üçün əsas məsələ konkret şəxslərin kimliyindən daha çox, onların dövründə həyata keçirilmiş siyasətin nəticələri və bu nəticələrə görə məsuliyyətdir.

Dövlət başçısının Bakıda hərbi cinayətlərdə ittiham olunan şəxslərlə bağlı məhkəmə prosesini Nürnberq tribunalı ilə müqayisə etməsi də çıxışın diqqətçəkən məqamlarından biri idi. Əlbəttə, bu proseslər hüquqi statusuna və tarixi şəraitinə görə fərqlənir. Lakin Prezidentin müqayisəsində ön plana çıxan məsələ ağır cinayətlərin cəzasız qalmaması prinsipidir. Azərbaycan cəmiyyətinin uzun illər ədalət gözləntisi olub. Xocalı faciəsi, mülki əhaliyə qarşı zorakılıqlar və işğal dövründə törədilmiş digər cinayətlər xalqın yaddaşında dərin izlər qoyub. Bu baxımdan məhkəmə proseslərinin əhəmiyyəti yalnız ayrı-ayrı şəxslərin məsuliyyətə cəlb edilməsi ilə məhdudlaşmır. Burada gələcək nəsillərə ötürülən mühüm bir prinsip də var: müharibə şəraitində belə insanlığa qarşı törədilən cinayətlər hüquqi qiymətini almalıdır.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın qisasçılıq yolunu seçməməsi barədə fikirləri də ayrıca diqqətə layiqdir. Azərbaycan xalqı uzun illər böyük itkilər verib, minlərlə ailə müharibənin ağır nəticələrini yaşayıb. Buna baxmayaraq, dövlətin müharibədən sonrakı siyasi mövqeyində regionda sülhün və təhlükəsizliyin təmin olunması əsas istiqamətlərdən biri kimi təqdim edilir. Burada mühüm fərq var: ədalətin bərpasını tələb etmək başqa, bütöv bir xalqa qarşı düşmənçilik siyasəti yürütmək isə tamam başqa məsələdir. Müharibənin ağrılarını unutmaq mümkün olmasa da, gələcəyi yalnız həmin ağrılar üzərində qurmaq da düzgün olmazdı. Məhz buna görə Azərbaycan üçün həm keçmişdə törədilmiş cinayətlərin hüquqi qiymətləndirilməsi, həm də gələcəkdə belə faciələrin təkrarlanmaması əhəmiyyət daşıyır.

Çıxışın beynəlxalq təşkilatlarla bağlı hissəsi isə daha geniş müzakirəyə əsas verir. Prezidentin Avropa Şurası və Avropa Parlamentinin fəaliyyətinə yönəltdiyi sərt tənqidlər Azərbaycanın bu qurumların müəyyən qərar və yanaşmalarına münasibətini əks etdirir. Burada əsas mübahisə beynəlxalq institutların müxtəlif münaqişələrə münasibətdə nə dərəcədə ardıcıl və prinsipial davranması ilə bağlıdır. Azərbaycan uzun illər öz ərazi bütövlüyünün pozulması məsələsini beynəlxalq platformalarda qaldırıb. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə də həmin dövrün mühüm hüquqi-siyasi sənədləri idi. Lakin bu qətnamələrin uzun müddət icra olunmaması beynəlxalq mexanizmlərin səmərəliliyi barədə ciddi suallar yaradıb. Belə vəziyyətlərdə beynəlxalq təşkilatlara etimadın zəifləməsi təəccüblü deyil.

Əslində, Prezident İlham Əliyevin çıxışından çıxan ən mühüm nəticələrdən biri beynəlxalq münasibətlər sistemində məsuliyyət mexanizmlərinin gücləndirilməsi zərurətidir. Dünyanın müxtəlif bölgələrində davam edən müharibələr göstərir ki, qətnamələrin qəbul edilməsi özlüyündə münaqişənin həlli demək deyil. Əgər həmin qərarların icrasına nail olmaq üçün təsirli vasitələr mövcud deyilsə, beynəlxalq hüququn nüfuzu da sual altına düşür. Azərbaycan öz tarixi təcrübəsindən çıxış edərək bu problemin əhəmiyyətini gündəmə gətirir. Bu gün dünya üçün vacib olan yalnız yeni sülh çağırışları səsləndirmək deyil, həm də mövcud beynəlxalq hüquq normalarının hamı üçün işləməsinə nail olmaqdır. Çünki ədalətin seçici şəkildə tətbiq olunduğu bir beynəlxalq sistemdə uzunmüddətli sabitliyi təmin etmək olduqca çətindir.  

Züriyə Qarayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Oktyabr 2026 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri