Icma.az
close
up
RU
AQİL ABBAS AZƏRBAYCAN POLİSİNİ TƏBRİK ETDİ

AQİL ABBAS AZƏRBAYCAN POLİSİNİ TƏBRİK ETDİ

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Daxiliİşlər Naziri general polkovnik Vilayət  Eyvazov cənablarına

Çox hörmətli cənab general polkovnik!


Bu gün  dövlətimizin və   xalqımızın  xidmətində  dayanan  Azərbaycan  polisinin 108 yaşı  tamam  olur. Tarixə  nəzər  yetirsək, şanlı  bir  yol  keçmiş  Azərbaycan  polisi  ilə  hər birimiz  qürur  duya  bilərik.  Belə  ki, həm  dinc   həyatda, həm də  Qarabağ  savaşında, döyüş  meydanlarında       düşmənə  qarşı  rəşadətlə  döyüşən  dinc  sakinlərimizin   qorunması, torpaqlarımızın   müdafiəsi  üçün  hətta  canından  keçən polis əməkdaşları  bütün  dünyaya  sübut   etmişdilərki, onlar  üçün  Azərbaycan  insanının  həyatı  və  təhlükəsizliyi  ən   önəmli    vəzifədir. Ona  görə  də  istənilən  düşmənlə, istənilən   cinayətkarla  mübarizə  aparmağa  Azərbaycan polis  bütün səviyyələrdə  hər  zaman  hazırdır.
 

Cənab  nazir!

Sıralarında   Milli  Qəhrəmanların, ən  yüksək  mükafatlara  layiq  görülmüş  igid polis əməkdaşlarının da olduğu  Daxili işlər  orqanlarının  təkcə  torpaqlarımızın  azad  edilməsindəki   xidmətləri unudulmaz  və  təkrarolunmaz  bir  xidmət  səlnaməsidir. Faktlara diqqət yetirsək görərik ki, Qarabağ müharibələrində Azərbaycan Polisi 900-dən artıq şəhid vermiş, onlardan  62-si Milli Qəhrəman adına layiq görülmüş, 400-dən də çox  polis qazi olmuşdur. 2023-cü ildə Qarabağda separatizmin kökünün kəsilməsində Azərbaycan Polisi qəhrəmanlıq nümayiş etdirmişdir. Son illər narkotiklərə qarşı polisimizin apardığı mübarizəni də xüsusi qeyd etmək istəyirəm.

Bizim hər  birmiz  bu səlnamənin  şahidləriyik.Yeri  gəlmişkən, onu da vurğulayım  ki, təkcə  ön cəbhədə  deyil, həm  də  dinc həyatda  insanlarımızı  təhlükələrdən  qorumaq  üçün  özünü  qurban verən polis əməkdaşları da kifayət  qədərdir. Bütün  bunlar onu  göstərirki, əqidəsi  və  məramı  Azərbaycan dövlətinə və xalqına xidmət etmək olan polisimiz hər zaman hər birmizin yanındadır.

Bunun üçün ölkə prezidenti cənab İlham Əliyevin Daxili İşlər orqanlarının fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması istiqamətində atdığı addımlar, verdiyi tapşırıqlar, imzaladığı fərman və sərəncamlar öz bəhrəsini zaman- zaman ortaya qoymuşdur. Bu gün fəxrlə deyə bilərik ki, polisimizin maddi-texniki bazası ən yüksək səviyyədədir. Həmçinin, polis əməkdaşlarının ictimai-hüquqi bilikləri də günbəgün artmaqdadır.

Cənab nazir!

108 yaşı tamam olan polisimizin – Sizin rəhbərliyiniz altında dövlətimizə xidmət edən hər bir əməkdaşını peşə bayramınız münasibətiylə ürəkdən təbrik edirəm. Azərbaycan polisinə eşq olsun! - deməklə uğurlar diləyirəm. İnanıram ki, bizim polisimiz həmişə olduğu kimi bizimlə olacaq və Azərbaycan insanının qarşısında üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəkdir. Bir daha peşə bayramınız mübarək.

Hörmətlə Aqil Abbas 
Milli məclisin deputatı, yazıçı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://adalet.az
archiveBu xəbər 02 İyul 2026 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see293

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see275

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see268

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see252

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see250

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see219

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see211

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see205

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see204

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see196

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see186

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see186

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see185

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see183

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see180

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see178

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see175

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see167

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see163

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri