Icma.az
close
up
RU
Aqrar festivallar dövlətin kəndə dəstəyini nümayiş etdirir

Aqrar festivallar dövlətin kəndə dəstəyini nümayiş etdirir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı prioritet və strateji sahə kimi müəyyənləşdirilib. Bu baxımdan son illər ölkədə ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsini təmin edən və ixrac potensialının artırılmasına töhfə verən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalına və emalı sənayesinin formalaşdırılmasına dövlət tərəfindən lazımi dəstək göstərilir.

Eyni zamanda, ölkədə rəqəmsal həllərin tətbiqinə, elektron kənd təsərrüfatı platformasının genişləndirilməsinə və ekoloji cəhətdən dayanıqlı istehsal modellərinə keçid sürətlənir, aqrar sektorda istehsalın səmərəliliyinin artırılmasına, müasir texnologiyaların tətbiqinə, eləcə də fermerlərin maliyyə və texniki resurslara çıxışının asanlaşdırılmasına diqqət artırılır. Ümumilikdə, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə kənd təsərrüfatının rəqabət qabiliyyətliliyini gücləndirir.

Kənd təsərrüfatında strateji hədəflərin təşviqi məqsədilə regionlarda keçirilən aqrar biznes festivalları da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Aqrar sektorun inkişafında yeni mərhələ sayılan bu festivallar regionların kənd təsərrüfatı potensialını tanıtmaq, aqrar sahəyə investisiya cəlb etmək, yerli məhsulların daxili və xarici bazarlara çıxışını genişləndirmək, həmçinin fermerlərlə biznes qurumları arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Ekspertlərin fikrincə, dünyada iqtisadi, ekoloji, o cümlədən iqlim dəyişikliyi kimi yeni çağırışlara uyğun olaraq keçirilən belə tədbirlər ölkədə aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə beynəlxalq və yerli təcrübəni, mövcud imkanları öyrənmək, o cümlədən aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün geniş imkanlar yaradır.

Eyni zamanda, biznes festivalları kiçik və orta sahibkarlığın inkişafı, qadın fermerlərin və gənclərin aqrar sahəyə fəal cəlb olunması, bilik və təcrübə mübadiləsinin genişlənməsi, regionların ixtisaslaşmış kənd təsərrüfatı məhsullarının tanıdılması və brendləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Son zamanlar fermerlərin öz imkanlarını və təsərrüfat uğurlarını nümayiş etdirmək üçün mühüm platformaya çevrilmiş aqrar biznes festivallarının əhatə dairəsi xeyli genişlənib. Təkcə onu qeyd etmək kifayətdir ki, 2025-ci ildə ölkənin 28 rayonu üzrə, ümumulikdə, 32 festival keçirilib. Həmin festivallarda aqrobiznes sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən traktorlar, konteynerdaşıyan qoşqular, meyvəyığan platformalar, tunel tipli ön soyutma sistemləri, hava ilə soyutma avadanlıqları, fındıqtoplayan aqreqatlar, bağ ləvazimatları, toxum, ting, arıçılıq məhsulları, qurudulmuş meyvə satışı gerçəkləşdirilib. Ümumilikdə isə, festivallar çərçivəsində 8 milyon manatdan artıq satış həyata keçirilib.

Bununla yanaşı, 13 iqtisadi rayonu əhatə edən festivalların gedişində fermerlər üçün panel müzakirələr və təlimlər təşkil edilib. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, bu il keçirilən festivallarda, ümumilikdə, 421 min 907 nəfər iştirak edib. Bunların da 38 min 492 nəfəri fermer, 383 min 415 nəfəri isə ziyarətçi olub. Bütövlükdə isə, son illər bölgələrdə, ümumilikdə, 90 aqrar biznes festivalı keçirilib.

Azərbaycanın müvafiq dövlət qurumlarının, eləcə də bankların, yerli və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə aqrobiznes sektorunun mövcud vəziyyəti və gələcək perspektivləri, eləcə də iqlimədavamlı maliyyələşdirmə, subsidiyalar vasitəsilə kənd təsərrüfatının maliyyələşdirilməsi və dövlət–özəl tərəfdaşlıqyönümlü bir sıra məsələlər müzakirə olunub. Müzakirələr zamanı biznes festivallarının fermerlərin kənd təsərrüfatı istehsalı vasitələrinə və güzəştli aqrar kreditlərə əlçatanlığının təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb, bu kimi tədbirlərin gələcəkdə kənd təsərrüfatının innovativ, rəqabətqabiliyyətli və dayanıqlı inkişafına mühüm töhfələr verəcəyi diqqətə çatdırılıb.

Bununla yanaşı, aqrobiznes forumlarında aparılmış bir sıra müzakirələr zamanı aqrar sahənin investisiya imkanları və yeni çağırışlar, bank sektorunda aqrobiznesin maliyyələşdirilməsi təcrübəsi, maliyyə alətləri, risklər və onların tənzimlənməsi ilə bağlı təkliflər səsləndirilib, aqrar sahədə sahibkarlığın inkişafı, çətinliklər və imkanlar, kənd təsərrüfatının inkişafında dövlətin rolu, dövlət dəstəyi tədbirlərinin təkmilləşdirilməsi istiqamətləri barədə rəy və təkliflər irəli sürülüb.

Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən builki festivallar çərçivəsində, həmçinin ölkənin 8 iqtisadi rayonunda 14 toxum sərgi-satış yarmarkası, kredit yarmarkaları, “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində isə 5 rayonda, o cümlədən Zəngilan rayonu və Xankəndi şəhərində “Bootcamp” proqramları təşkil olunub. Həmin proqramlara 20-yə yaxın ali təhsil müəssisəsindən, süni intellektin tədris olunduğu ixtisaslar üzrə təhsil alan 90-a yaxın tələbə qatılıb.

Builki tədbirlər çərçivəsində bölgələrdə rayon icra hakimiyyətləri ilə birgə 19 məhsul festivalı da təşkil olunub. Yeri gəlmişkən, gələn il keçiriləcək 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində məhsul festivalları keçirilən bölgələrin “Azərbaycan pavilyonu” adlı stendlə təmsil olunması planlaşdırılır.

Mirbağır YAQUBZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Dekabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri