Icma.az
close
up
RU
Aqrar ixracı 4 5 milyard dollara çatdırmaq mümkündür

Aqrar ixracı 4 5 milyard dollara çatdırmaq mümkündür

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Aqrar ixracı 4-5 milyard dollara çatdırmaq mümkündür.

Milli Məclisin deputatı Əli Məsimli Modern.az-a müsahibəsində bildirib ki, beynəlxalq təcrübə aqrar sahədə davamlı inkişafın yalnız subsidiyalarla deyil, effektiv idarəetmə, bazar mexanizmləri və qabaqcıl texnologiyaların düzgün kombinasiyası ilə mümkün olduğunu göstərir.

Onun sözlərinə görə, bu sahədə ən uğurlu nümunələrdən biri Hollandiyadır: “Ərazisi Azərbaycandan iki dəfə kiçik olan Hollandiya innovativ kənd təsərrüfatı modeli əsasında ildə 110 milyard dollar həcmində aqrar məhsul ixrac edir. Bu göstərici Azərbaycanın neft-qaz ixracını bir neçə dəfə üstələyir”.

Deputat qeyd edib ki, Azərbaycanın bu səviyyəyə çatması real olmasa da, aqrar sektor qeyri-neft iqtisadiyyatının əsas istiqamətlərindən biri kimi mühüm potensiala malikdir: “2025-ci ildə ölkədən 1,1 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub və bu, əvvəlki illə müqayisədə 18,5 faiz artım deməkdir. Mövcud imkanlar nəzərə alınarsa, yaxın perspektivdə aqrar ixracın 4-5 milyard dollara çatdırılması mümkündür”.

"Bu məqsədə nail olmaq üçün güclü aqrar-sənaye komplekslərinin yaradılması, uzunmüddətli inkişaf strategiyasının hazırlanması və dövlətin stimullaşdırıcı proqramlarının genişləndirilməsi vacibdir. O bildirib ki, mərhələli yanaşma ilə əvvəlcə ixracın 2 milyard dollara, daha sonra isə 4-5 milyard dollara çatdırılması real hədəfdir".

Deputat əlavə edib ki, kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqi, əmək məhsuldarlığının artırılması və səmərəliliyin yüksəldilməsi əsas prioritetlərdəndir: “Aqrar sektorun qeyri-neft iqtisadiyyatında rolunun artması üçün artım templəri ümumi ÜDM artımını üstələməlidir”.

"Aqrar potensialdan səmərəli istifadə edilməsi həm ərzaq təhlükəsizliyini möhkəmləndirə, həm də kənd yerlərində yaşayan əhalinin rifahını yüksəldə bilər: “Bu sahədə çalışan 1,8 milyona yaxın insanın həyat səviyyəsinin yaxşılaşması və regionlardan paytaxta miqrasiyanın azalması mümkündür” - o qeyd edib.

Ə.Məsimli fermerlərin sığortadan istifadəsinin genişləndirilməsinin də vacibliyini vurğulayıb: “Daşqın və quraqlıq kimi risklərdən qorunmaq üçün sığorta mexanizmləri geniş tətbiq olunmalıdır. Bu, məhsuldarlığın və keyfiyyətin artmasına, itkilərin azalmasına və nəticədə aqrar ixracın genişlənməsinə ciddi töhfə verə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Aprel 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri