Flik “Barselona” rəhbərliyindən daha bir transfer tələb etdi
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Barselona”nın baş məşqçisi Hansi Flik qış transfer pəncərəsində müdafiə xəttinin gücləndirilməsi ilə bağlı klub rəhbərliyinə əlavə tələb irəli sürüb.
İdman.Biz “SPORT” nəşrinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis təcrübəli mərkəz müdafiəçisi ilə yanaşı, etibarlı sol cinah müdafiəçisinin də transfer edilməsini istəyir.
İkinci transferin reallaşması Alexandro Baldenin gələcəyindən asılı olacaq. İspaniyalı futbolçu cari mövsümdə əvvəlki mövqeyini itirib və komandanın ilk 16 rəsmi oyununda cəmi 125 dəqiqə meydanda olub.
Bununla belə, “Barselona”nın idman direktoru Deku klubun Baldeni satmaq niyyətində olmadığını bildirib. Rəhbərlik yalnız futbolçunun özü ayrılmaq istədiyi halda mümkün transferi nəzərdən keçirəcək.
Flikin müdafiəyə əlavə futbolçular tələb etməsinin əsas səbəblərindən biri zədələrdir. Andreas Kristensen, Erik Qarsiya, Jül Kunde və Xavi Espartın fiziki problemləri baş məşqçinin seçim imkanlarını məhdudlaşdırıb.
Kataloniya klubunun transfer planlarını maliyyə feyr-pleyi qaydaları da çətinləşdirir. Yeni futbolçuların alınması üçün heyətdəki bəzi oyunçuların satılması tələb oluna bilər.
Qeyd edək ki, “Barselona” hazırda 33 xalla İspaniya La Liqasının turnir cədvəlinə başçılıq edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 20 Noyabr 2026 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















