Icma.az
close
up
RU
“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib

“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib. Azərbaycanın aqrar sektorunda əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən iclasda “Aqrar sektorda əmək münasibətlərinin tənzimlənməsi: mövcud vəziyyət və növbəti addımlar” mövzusunda geniş müzakirələr aparılıb.

İclasda Kənd Təsərrüfatı Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər şəxsləri, Aqrar Məşvərət Şurasının üzvləri, eləcə də aqrar sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

XQ xəbər verir ki, tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sahədə əmək münasibətlərinin strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, dayanıqlı məşğulluğun təmin edilməsi, muzdlu işçilərin hüquqlarının qorunması, rəsmi məşğulluğun təşviqi və insan resurslarının inkişafı sektorun davamlı inkişafında mühüm rol oynayır. Nazir qeyd edib ki, dövlət tərəfindən həyata keçirilən proqramlar və dəstək mexanizmləri ilə yanaşı, əmək münasibətlərinin qanunvericiliyə uyğun şəkildə tənzimlənməsi məhsuldarlığın və rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.

Aqrar Məşvərət Şurasının sədri Niyazi Əmirbəyov çıxışında aqrar sahədə əmək münasibətlərinin inkişafı baxımından dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinin, işəgötürən və işçilər arasında şəffaf və sağlam əmək münasibətlərinin qurulmasının, eləcə də beynəlxalq təcrübədən istifadənin vacibliyini qeyd edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev aqrar sektorda əmək münasibətlərinin leqallaşdırılması, muzdlu işçilərin rəsmi qeydiyyatının genişləndirilməsi, əmək müqavilələrinin tətbiqinin təşviqi, sosial sığorta mexanizmlərinin gücləndirilməsi və mövsümi məşğulluğun tənzimlənməsi istiqamətində görülən işlər barədə məlumat verib.

“Agrarco” MMC-nin İdarə Heyətinin sədri Şahmurad Yəhyayev şirkətin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda şirkətin əsas fəaliyyət istiqamətləri, aqrar sahədə həyata keçirdiyi layihələr, dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində müəyyən edilmiş inkişaf hədəfləri və gələcək planlar barədə məlumat verilib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev aqrar sektorda əmək münasibətlərinin tənzimlənməsi mövzusunda təqdimatla çıxış edib. O, əməkhaqqı islahatlarının nəticələri, əmək münasibətlərinin elektronlaşdırılması, bu sahədə əldə olunmuş əsas nailiyyətlər, ƏMAS üzrə yeni funksionallıqlar, əmək qanunvericiliyində edilən yeniliklər, əməyin mühafizəsi sahəsində görülən tədbirlər, eləcə də “DOST Müfəttiş” layihəsinin tətbiqi barədə ətraflı danışıb.

Müzakirələr zamanı aqrar sahədə əmək münasibətlərinin şəffaflığının artırılması, qeyri-formal məşğulluğun azaldılması, muzdlu işçilərin sosial müdafiəsinin gücləndirilməsi və əmək münasibətlərinin daha effektiv tənzimlənməsi istiqamətində növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Dekabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see308

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see193

Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

20 Dekabr 2025 15:22see164

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see157

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see150

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see149

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see146

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see144

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see142

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see139

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see131

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see130

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri