Icma.az
close
up
RU
Deputat: Son illərdə aqrar sahənin inkişafı göz önündədir

Deputat: Son illərdə aqrar sahənin inkişafı göz önündədir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 2 may, AZƏRTAC

Son 30 ildə Milli Məclisdə aqrar sektorla bağlı 350-dən çox qanunvericilik aktı qəbul olunub. Kənd təsərrüfatının hüquqi bazasının möhkəm olması bizə sahibkarlığı inkişaf etdirməyə və müəyyən nəticələr əldə etməyə imkan verir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisinin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunun “Azərbaycanda aqrobiznesin inkişafına baxış” mövzusunda yüksəksəviyyəli panelində çıxışı zamanı deyib.

Ölkədə son illər kənd təsərrüfatının inkişafında əsaslı dönüşün olduğunu deyən komitə sədri aqrar sektor ölkənin iqtisadiyyatının aparıcı sahələrindən biri olduğunu vurğulayıb.

“Son illərdə bu sahədə inkişaf göz önündədir. Ölkə başçısının rəhbərliyi ilə aqrar sektorun inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu sahəyə maliyyə dəstəyinin verilməsi, innovativ tədbirlərin həyata keçirilməsi diqqət mərkəzindədir. Milli Məclis də bu istiqamətdə öz işini səmərəli qurmağa çalışır. Aqrar sahənin inkişafı yeni iş yerlərinin açılması, ərzaq təhlükəsizliyinin təmin olunması, vətəndaşların rifahının yaxşılaşdırılması və insanların kənddə torpağa bağlılığının təmin olunmasıdır. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafına başlanılıb. Zəngilanın Ağalı kəndində müəyyən sakinlərə torpaq sahəsi icarəyə verilir. Həmin torpaq sahələrinin icraya verilməsi onu göstərir ki, azad edilmiş ərazilərdə kənd təsərrüfatını dirçəltməyə başlamışıq. Sevindiricidir ki, son illərdə həmin ərazilərdə 100 min hektardan artıq sahədə kənd təsərrüfatı məhsulları yetişdirilir, 100 min hektarlarla sahə isə əkin dövriyyəsinə qaytarılmağa hazırdır”, - deyə Tahir Rzayev əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri