Nazir aqrar sahənin inkişafı ilə bağlı planları açıqladı
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
"Torpaqlardan səmərəli istifadə, müasir texnologiyaların tətbiqi, yeni təsərrüfatların yaradılması və aqrar istehsal potensialının artırılması qarşıdakı dövrün əsas istiqamətlərindəndir".
Bakıvaxtı.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov 100-cü Yubiley Aqrar Biznes Festivalının açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Ağdamın Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə istifadəyə verilməsi istiqamətində görülən işlər bu prosesin mühüm tərkib hissəsidir:
"Bu baxımdan 100-cü festivalın Ağdamda keçirilməsi bölgədə aqrar fəaliyyətin canlandırılması, fermer və sahibkarlar arasında yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından əlamətdar hadisədir.
Bu gün kənd təsərrüfatının qarşısında duran əsas məqsəd yalnız istehsal həcmini artırmaq deyil, daha məhsuldar, səmərəli, texnoloji və rəqabətqabiliyyətli aqrar sistem formalaşdırmaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin müasir çağırışlara uyğun inkişafı, kənd təsərrüfatında qabaqcıl texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Dövlət başçısının 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi əsas prioritetlər kimi müəyyənləşdirilib. Bu məqsədlərə nail olmaq üçün müasir texnologiyaların kənd təsərrüfatında tətbiqi mühüm əhəmiyyət daşıyır.
Dəqiq kənd təsərrüfatı, peyk məlumatları, sensorlar, dronlar, ağıllı suvarma sistemləri və süni intellekt kimi texnologiyalar aqrar istehsalın səmərəliliyinin artırılması üçün yeni imkanlar yaradır. Əsas məqsədimiz bu texnologiyaları fermer üçün real və praktik həllərə çevirməkdir".
Nazir əlavə edib ki, aqrar inkişaf yalnız ilkin istehsalla məhdudlaşmamalıdır:
" Məhsulun saxlanması, emalı, çeşidlənməsi, qablaşdırılması, logistikasının və soyuq zəncirinin düzgün təşkili daha yüksək əlavə dəyərin yaradılmasına və yeni biznes imkanlarının formalaşmasına şərait yaradır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 05 Oktyabr 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















