Icma.az
close
up
RU
Aqrar Sığorta Fondu Göygöldə: Fermerlərə sığortanın faydaları açıqlanıb

Aqrar Sığorta Fondu Göygöldə: Fermerlərə sığortanın faydaları açıqlanıb

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbayanda dövlət dəstəyi ilə uğurla tətbiq olunan aqrar sığorta sistemi Göygöl rayonunda əkilən bütün bitkilərin sığortalanmasına imkan verir. Fermerlər dövlətin 50 faizlik maliyyə dəstəyindən istifadə edərək, sığorta haqqının yarısını ödəyərək təsərrüfatlarını sığorta edə bilərlər.

XQ xəbər verir ki, bu barədə Göygöl rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda keçirilən panel müzakirələrində Aqrar Sığorta Fondunun Gəncə-Daşkəsən regionu üzrə filialının rəhbəri Valeh Əsədov bildirib. Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar İnnovasiya Mərkəzi və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən müzakirələrdə Aqrar Sığorta Fondunun, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Biznesinin İnkişafı Fondunun, Dövlət Məşğulluq Agentliyinin rəsmiləri, “Rabitəbank” ASC, “Expressbank” ASC, “Unibank” ASC-nin və “FİNCA Azərbaycan” kredit təşkilatının nümayəndələri, yerli fermerlər iştirak ediblər.Tədbirdə bildirilib ki, hazırda Fond 41 növ bitkini sığorta edir. Bura taxıl, pambıq və sair tarla bitkiləri, meyvə bağları, texniki bitkilər, bostan və tərəvəz məhsulları aiddir. 

Aqrar Sığorta Fondu əkin sahələrini bütün təbiət hadisələrindən – dolu, fırtına, qasırğa, sel-subasma, normadan artıq qar yağıntıları, şaxtavurma, leysan, zərzələ, torpaq sürüşməsi, ildırım, eləcə də yanğın, 3-cü şəxsin hərəkətləri, vəhşi heyvanların hücumu və sair hallardan sığorta edir.Eləcə də Aqrar Sığorta Fondu Göygöldə geniş yayılmış heyvandarlıq sahəsinin sığortasını da həyata keçirir. İribuynuzlu və xırdabuynuzlu heyvanların sığortasında da sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir. Nəticədə qiyməti 300 manat olan qoyun-keçilərin sığortası cəmi 7 manat, 1000 manatlıq iribuynuzlu heyvanların sığortası isə 24 manat təşkil edir.

Aqrar Sığorta Fondu avqustun 30-31-də Göygöldə keçirilən «Moruq Festivalı»nda da iştirak edib. Festivalda fermerlərə aqrar sığorta mexanizmi, bu sahədəki dövlət dəstəyi, aqrar sığortanın əhatə etdiyi risklər və məhsullar haqqında məlumat verilib, fermerlərin və ziyarətçilərin sualları ətraflı cavablandırılıb.

Müşfiq Mirzə
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Sentyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri