Icma.az
close
up
RU
Aqrar Sığorta Fondu bu günədək fermerlərə 12 milyon manat sığorta ödənişi edib AZƏRTAC

Aqrar Sığorta Fondu bu günədək fermerlərə 12 milyon manat sığorta ödənişi edib AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan, 13 dekabr, AZƏRTAC

Son illər bütün dünyada iqlim dəyişiklikləri baş verir və bu da birbaşa kənd təsərrüfatına təsir göstərir. Məsələn, son 30 ildə Azərbaycanda dolu yağması halları 3 dəfə, daşqın hadisələri 18 dəfə, şiddətli küləkli günlərin sayı isə 12 dəfə artıb. Bundan ən çox zərər çəkən də kənd təsərrüfatı, əkin sahələri və fermerlərdir. Belə bir halda aqrar sığorta kənd təsərrüfatını zərərlərdən qorumaq üçün vacib mexanizmdir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Aqrar Sığorta Fondunun İdarə heyətinin üzvü Roman Əmircanov söyləyib.

O deyib ki, Aqrar Sığorta Fondu yarandığı gündən bəri zərər görən fermerlərə ödənişləri həyata keçirir və bu ödənişlərin məbləği hər il artmaqdadır. Baş vermiş müxtəlif hadisələrdən dəyən zərərlərə görə, 2021-ci ildə 200 min, 2022-ci ildə 2,4 milyon manat, 2023-cü ildə 4,4 milyon, 2024-cü ilin ilk 11 ayında isə 5,6 milyon manat sığorta ödənişi həyata keçirilib. Başqa sözlə, bu günədək fond fermerlərə 12 milyon manat sığorta ödənişi edib, ilin sonunadək bu məbləğ 14 milyon manata yaxınlaşacaq.

Roman Əmircanovun sözlərinə görə, bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da kənd təsərrüfatı iqtisadiyyat, istehsal, iş yerləri baxımından böyük əhəmiyyətə malikdir: “Bu günə qədər Naxçıvanda Aqrar Sığorta Fondu təsis edilmişdi, amma o, təəssüf ki, fəaliyyət göstərməmişdi. İndi - Aqrar Sığota Fondu yarandıqdan 5 il sonra Naxçıvanda fəaliyyətə başlayır. Bizim əsas məqsədimiz burada fermerlərin gəlirlərinin və məhsullarının qorunması, fermerlərin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, aqrar sektora investisiyaların cəlbi üçün münbit şəraitin yaradılmasıdır. Filialımız fəaliyyətə başlayan kimi, Naxçıvanın bütün ərazisində fermerlərlə görüşlər keçiriləcək, onlara aqrar sığorta barədə geniş məlumat veriləcək. Əkin sahələrinin sığortalanması üçün əsas tələb – fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) öz əkinlərini bəyan etməsidir. Heyvanların sığortasında isə əsas tələb, onların birkalanması və EKTİS-də qeydiyyatıdır”.

“Aqrar Sığorta Fondu indiyədək də ölkənin müxtəlif ərazilərində, müxtəlif iqlim qurşaqlarına xas olan bölgələrdə təsərrüfatların sığortasını həyata keçirib. Buna görə də Naxçıvanın kəskin kontinental iqliminə rəğmən təsərrüfatların sığortalanması bizim üçün çətin olmayacaq. Artıq bu sahədə kifayət qədər təcrübəmiz var. Və fəaliyyətə başlayandan sonra fermerlər və sakinlər Aqrar Sığota Fondunun necə çalışdığının şahidi olacaqlar. İlkin müşahidələrimizə görə, Naxçıvanda fermerlərə zərər vuran əsas təbiət hadisələri dolu və güclü külək, yəni qasırğa və ya fırtınadır. Aqrar sığorta bu risklərin hər birini qarşılayır, yəni bu hadisələrdən fermerlərə zərər dəyərsə, biz, əlbəttə ki, dəymiş zərərləri sığorta etməyə hazırıq”, – deyə Aqrar Sığorta Fondunun rəsmisi əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Dekabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri