Icma.az
close
up
RU
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru: Qarabağda bir neçə şirkətin artıq aqroparklarla bağlı konsepsiyası var

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru: Qarabağda bir neçə şirkətin artıq aqroparklarla bağlı konsepsiyası var

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 14 may, AZƏRTAC

Bugünkü "Müasir kənd təsərrüfatı yanaşmalarında aqropark modeli" mövzusunda paneldə aqroparkların inkişafı ilə bağlı müzakirələr, onların təşkili, idarə olunması və s. bütün mexanizmlər kənd təsərrüfatının hazırlığına həsr olunub. Bu günə qədər Azərbaycanda aqroparkların inkişafı istiqamətində ciddi işlər görülüb. Ölkədə ümumiyyətlə 53 aqropark var və onların bir hissəsi bizdə qeydiyyatdadır.

Bu barədə AZƏRTAC-a müsahibəsində Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov bildirib.

Aqroparkların fəaliyyəti barədə məlumat verən R.Hüseynov deyib: “Rəsmi olaraq ölkəmizdə bügünədək bir sıra təsərrüfatların aqropark statusu olub, bir hissəsi statusu olmayıb. İndi aqroparklarla bağlı biz növbəti inkişaf mərhələsinə qədəm qoyuruq. Panelində əsas məqsəd o idi ki, özəl sektordan bir platforma mexanizmi çərçivəsində biz nələri daha yaxşı edə bilərik, necə inkişaf etdirə bilərik, qısa, ortaq, uzunmüddətli və hüquqi istiqamətdə vizyonumuzu müəyyənləşdirək, sonrakı etaplarda artıq bununla bağlı işlər görək.

Ölkəmizdə mövcud aqroparkların ümumi ərazisi 233.000 hektar ərazini əhatə edir. Onun bir hissəsində, təxminən 130 min hektarda əkin aparılır və onun da təxmini yarısından çoxunda yeni növ, müasir növ suvarma sistemləri quraşdırılıb. Bu da kifayət qədər böyük bir göstəricidir.

Panel müzakirələrdə məlum oldu ki, işğaldan azad olunmuş ərazilərimizdə bir-neçə şirkətin artıq aqroparklarla bağlı konsepsiyası var. Ən azı biz iki belə aqroparkın olacağını, anonsunu eşitdik. Təbii ki, bu istiqamətdə görüləsi xeyli işlər var. Amma biz ümumiyyətlə Qarabağda bir az fərqli yanaşmalar ortaya qoymuşuq, deyək ki, suvarma suyu ilə bağlı ödənilən subsidiyalar bir az fərqlidir. Düşünürəm, aqroparklar da bu fərqli yanaşmalardan istifadə edib, daha da məhsuldar, rəqabətönümlü məhsul istehsal edə biləcəklər”, - deyə Rəşad Hüseynov əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri