Icma.az
close
up
RU
Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur İTTİHAM VAR...

Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur İTTİHAM VAR...

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Aqrar Xidmətlər Agentliyi tərəfindən Aqrar Xidmətlər Agentliyinin tabeliyindəki Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi üçün reagent, reaktiv və dezinfeksiya vasitələrinin satın alınması üzrə 07.04.2025 -ci ildə başlanılmış kotirovka sorğusuna yekun vurulub və “BAYRAMLI GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 93.247,38 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmalarının vahid internet portalında 13.06.2025-ci il tarixdə dərc edilib.
Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi tərəfindən nəzərdə tutulmuş reaktiv və dezinfeksiya vasitələrinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda ehtimal olunan qiyməti 189.423,41 manat müəyyən edilmişdir. Dövlət satınalmalarının internet portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Aqrar Xidmətlər Agentliyinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “BAYRAMLI GROUP” MMC-nin təklif edərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır. Amma göründüyü kimi Aqrar Xidmətlər Agentliyi Qanunun bu tələblərini nəzərə almamaış, kotirovka müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faizə yaxın qiymət təqdim etmiş “BAYRAMLI GROUP” MMC ilə satınalma müqaviləsi bağlamışdır.
Qeyd edək ki, bu Aqrar Xidmətlər Agentliyi ilə “BAYRAMLI GROUP” MMC arasında bağlanan ilk satınalma müqaviləsi deyil.
Belə ki, Agentlik ilə MMC arasında 2024-cü ilin dekabrında Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün laboratoriya diaqnostikumlarının, reaktivlərin və diaqnostik test dəstlərinin satın alınması üzrə 885.050,48 manat dəyərində, Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin laboratoriya avadanlıqlarının və ehtiyat hissələrinin alınması və quraşdırılmasının satın alınması üzrə isə 106.639,31 manat məbləğində satınalma müqavilələri bağlanılıb. Aqrar Xidmətlər Agentliyi tərəfindən keçirilmiş bu açıq tenderlərdə də “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun digər bir sıra tələbləri kobud şəkildə pozulmuş, yenə də ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymətə satınalma müqavilələri bağlanılmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BAYRAMLI GROUP” (VÖEN: 1504276901) Məhdud Məsuliyyətli Cəmiyyətinin 31.10.2018-ci il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, NƏRİMANOV RAYONU, KOROĞLU RƏHİMOV, ev.22C, m.8, qanuni təmsilçisi kimi isə Bayramlı Cavid Məhərrəm oğlu qeyd olunub.
Göründüyü kimi Aqrar Xidmətlər Agentliyi ilə “BAYRAMLI GROUP” MMC arasında bağlanmış satınalma müqavilələrində satın alınan malların qiyməti Qanunun tələb etdiyi ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağıdır. Bu da keçirilmiş satınalam prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaratmaqla bərabər, satın alınan malların mənşə və keyfiyyət sertifikatlarının olmadığına da şübhələr yaradır. Bu da öz növbəsində satın alınacaq malların keyfiyyət göstəricilərinin aşağı olma ehtimalını artırır.
Bundan əlavə Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün yüksək təzyiqli mobil qoyun dərmanlama avadanlığının və əllə daşına bilən çiləyici qurğuların satın alınması predmeti üzrə keçirlimiş açıq tenderdə qalib təchizatçı “UMUT AGRO” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 230.003,24 manat dəyərində satınalma müqaviləsinin imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “UMUT AGRO” (VÖEN: 6101133571 ) Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 saylı Ərazi Vergilər İdarəsində 24.09.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının GORANBOY RAYONU, MUZDURLAR, qanuni təmsilçisinin isə Əsgərov Elgün Polad oğlu olduğu göstərilir. Reyestr məlumatında MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Əkbərov Fəxri Vilayət oğlu olub. Onu müəyyən vaxtlarda Əkbərzadə Fərid Vilayət oğlu əvəz edib.
Səyyar vergi yoxlamaları üzrə – Səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 211 596.02 manat əlavə vergi, 105 798.02 manat maliyyə sanksiyası hesablanmışdır. Vergi öhdəlikləri üzrə – 2020-2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırda 335 433.34 manat vergi borcu var.
Qeyd edək ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev. O, bu vəzifəyə nazir Məcnun Məmmədov əmr ilə 02 Oktyabr 2023-cü ildə təyin edilib. O, bundan əvvəl “PAŞA Holdinq” MMC-yə məxsus “Yalama Aqropark” MMC-nin İdarə Heyətinin sədri olub.
Xatırladaq ki, AXA Prezident İlham Əliyevin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 yanvar 2019-cu il tarixli fərmanı ilə aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması, səmərəliliyinin artırılması, həmin xidmətlərin daha az resurs sərf etməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi, vətəndaş məmnunluğunun artırılması məqsədi ilə KTN yanında Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yaradılıb.
Amma göründüyü kimi, Aqrar Xidmətlər Agentliyində dövlət vəsaitinə qənaət edilməsindən, keyfiyyətə nəzarətdən, şəffaflıqdan əsər-əlamət belə yoxdu. Agentlik, ehtimal olunan qiymətlərdən dəfələrlə aşağı müqavilələr bağlayır, külli miqdarda vergi borcu olan MMC-ni qalib seçir və bu qanunuzluqlara aydınlıq gətirilməsi məqsədi ilə ünvanlanan sorguya cavab belə vermirlər. Bir sözlə, Aqrar Xidmətlər Agentliyində qanunlara “gül” vururlar.
Aktualinfo.org

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 İyun 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri