Icma.az
close
up
RU
Aqşin Yenisey: “Acından ölməyi gözə almalısan!”

Aqşin Yenisey: “Acından ölməyi gözə almalısan!”

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son dövrlərdə bəzi müğənnilərin ifa etdiyi mahnı sözləri, xüsusilə də Lalə Məmmədovanın “Konum at, gəlirəm” kimi misraları cəmiyyətin diqqətini çəkib və geniş tənqidlərə səbəb olub. Sənət mütəxəssisləri bu tip mahnılarda poetik dəyərin yoxa çıxmasını, əvəzində sadə, səthi və sosial şəbəkə dilinin önə çəkilməsini problemli tendensiya kimi qiymətləndirirlər.

Bu da cəmiyyətdə bir sual doğurur: müğənnilərin bu yanaşmasının səbəbi sənətə məsuliyyətsiz münasibətdir, yoxsa zamanın ruhuna uyğunlaşmaq cəhdi?

Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən yazıçı, publisist və şair Aqşin Yenisey bildirib ki, nəinki müasir şairlər və müğənnilər, hətta nəhəng korporasiyalar belə bu virtual şəhərlinin istək və arzularından asılı vəziyyətdədir: pizza hut

“Bu gün hər kəs öz yaradıcılığını, həyat tərzini, düşüncələrini sosial şəbəkələrə hesablayır. Sosial şəbəkələr isə folklorik bir mühitdir. Buna internet folkloru deyilir. Əvvəllər şəhər folkloru real məkanda formalaşırdısa, indi bu proses virtual mühitdə baş verir. Nəinki müasir şairlər və müğənnilər, hətta nəhəng korporasiyalar belə bu virtual şəhərlinin istək və arzularından asılı vəziyyətdədir. Mədəni, mənəvi, əxlaqi ucuzluq isə həmin internet şəhərlisinin zövqüdür. Bu axına qarşı çıxmaq, elitar mədəniyyətin şərtlərinə sadiq qalmaq üçün ya ciddi maddi dayağın olmalıdır, ya da acından ölməyi gözə almalısan”.

Aqşin Yenisey hesab edir ki, hazırkı dövrdə ən acınacaqlı məqam zamanın özüdür:

“Bu gün zamanın tələbi bəsitləşməkdir - həm də bəsitləşdikcə daha da bəsitləşmək. Kimisə buna görə günahlandırmaq doğru deyil. Bu prosesdən imtinanın qapısı isə həmişə açıqdır. Böyük mədəniyyət imtina etməyə gücü çatanların yaradıcılığıdır”.

Aydan Hacı 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 İyul 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri