Icma.az
close
up
RU
Aqşin Yenisey: Ancaq soyunanlar deyir ki, geyim əxlaq göstəricisi deyil MÜSAHİBƏ

Aqşin Yenisey: Ancaq soyunanlar deyir ki, geyim əxlaq göstəricisi deyil MÜSAHİBƏ

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şair, DEHA.az-ın təsisçisi Aqşin Yenisey Bakıvaxtı.az-a müsahibə verib.

Onunla söhbəti təqdim edirik.

Mən dincələndə yorulan adamlardanam

- İstirahət necə keçir, hansı ölkədə dincəlirsiniz?

- Mən dincələndə yorulan adamlardanam. Ona görə də illik proqramımda istirahət deyə bir başlıq yoxdur.

Hansısa ölkədə dincəlmək məsələsini isə özüm barədə ilk dəfə sizdən eşidirəm. Ümumiyyətlə, fiziki səyahət mənə heç bir yenilik hissi gətirmir. Mənimki mənəvi, fikri səyahətdir. Mən ölkələrdə yox, o ölkələrin mədəniyyətini təmsil edən yaradıcı adamların əsərlərində dincəlirəm.

- Bəzən isti havalar yazıb-yaratmağa imkan vermir. Nədənsə beyin istirahətə kodlanır... Fəslin yaradıcılığınıza təsiri varmı?

- Bu suala ənənəvi cavabım var: “Mən yay aylarında “qış yuxusu”na gedirəm”. İstinin zehni tənbəlliyə yol açdığını xalqların xarakterini araşdıran alimlər də iddia edirlər. Düzdür, onları irqçilikdə ittiham etsələr də, isti iqlimdə yaşayan xalqların dünya mədəniyyətinə qatqısının az olması istinin zəkaya əngəl olduğunu demək üçün bizə əsas verir. İsti daha çox insanın xəyal dünyasını, yuxu aləmini zənginləşdirir. Halüssinasiyalara yol açır. Ona görə də miflər, əfsanələr, dinlər daha çox isti iqlimlərdə yetişib boy ata bilir. İsti ilə mistisizm arasında əlaqə var. Romanın Şərqinə və Qərbinə baxın. Xristinalıq Şərqdə irrasionallığını qorudu, Qərbdə isə rasionallığa meyilləndi. Səhra bürküsündən heç vaxt Martin Lüter, Jan Kalvin kimi adamlar çıxa bilməzdi. İnsan yalnız tutqunluqla mübarizədə aydınlıq axtara bilər. İsti səmanın aydınlığı bu axtarış ehtiyacını yox edir.  

“Geyim əxlaq deyil” deyənlər fəlsəfədən uzaq adamlardır

- Oxucular, dinləyicilər, izləyicilər DAHA-dan daha nələr gözləsinlər?

- DAHA-dan yaxşı mənada hər şey gözləmək olar. Bu, yeni qaydalar, yeni estetika, yeni fəlsəfə üzərində qurmağa çalışdığımız bir mədəniyyət platformasıdır. Əsas prinsipimiz elitar mədəniyyətə meydan verməkdir. Kütlə və kütləviliyə heç vaxt güzəştə getməyəcəyik. DAHA-nın məqsədi yeni oxucu, izləyici, dinləyici növü yetişdirməkdir. Çətindir, amma mümkündür.

- Geyimlərlə bağlı yazdığınız post müzakirələrə səbəb oldu. Sizcə, "geyim əxlaq norması deyil" yanaşması bəhanədir, yoxsa, orada bir həqiqət payı var?

- İstidir deyə bu mövzunun fəlsəfəsindən danışmaq istəmirəm. Həm də “geyim əxlaq deyil” deyənlər fəlsəfədən uzaq adamlardır. Geyimə əxlaq norması kimi baxmayan adamların əksəriyyəti cəmiyyətin aşağı təbəqəsindən gəlir. Onlar hər şeyin istehlakçısıdır. Fikir verin, ancaq soyunanlar deyir ki, geyim əxlaq göstəricisi deyil. İctimai qaydalara uyğun geyinənlərin belə bir narahatlığı yoxdur. “Geyim əxlaq göstəricisi deyil” deyənlər bunu daha çox özlərini inandırmaq üçün deyirlər. Bu fikir Amerika liberalizminin mirasıdır. Avropadan Amerikaya qaçanların çoxu kilsənin və monarxiyanın əzən gücünü görmüşdülər. Ona görə “Yeni qitə”də kilsənin və monarxiyanın nəzarət mexanizmini təmin edən heç bir əxlaqi, siyasi normaları görmək istəmədilər. Amerikalılar geyimlə bərabər həyatlarından kilsə və monarxiyaya aid hər şeyi soyundular. Daha sonra bu, cəmiyyət həyatında pornoqrafiyanın iştirakına yol açdı. XIX sərin əvvələrində modernistlər burjua əxlaqına da pronoqrafiyanın sosial həyata gətirilməsiylə hücum edirdilər. Manenin “Olimpia” əsəri cinsi əlaqə üçün hazır vəziyyət almış bir qadın rəsmiydi. Bu gün isə neoliberal rejim öz mövcudluğunu “azad” dediyi pornoqrafik bədənlərin istismarı üzərində qurub. Şou-biznes dediyimiz mühit pornoqrafiyanın müqəddiməsidir. Ceniffer Lopez irəliyə doğru bircə addım da atsa, pornoulduz olacaq. Onun təmsil etdiyi qitə dünya mədəniyyətində “ən mənəviyyatsız qitə” adıyla tanınır. Bu cür adamları idellaşdıranlar üçün, əlbəttə, geyim əxlaq norması olmayacaq. 

- Yazıçı, baş nazirin müavini Elçin Əfəndiyev dünyasını dəyişdi. Kimi ona rəhmət oxudu, kimi də "od püskürdü". Niyə ölənə rəhmət deyib, keçə bilmirik?

- Doğulan ölməlidir. Vay o insanın halına ki, heç vaxt ölməyəcəkmiş kimi yaşasın. Teslanın ölüm haqqında nəzəriyyəsinə inansaq, heç kim ölmür, sadəcə, frekans olaraq azadlığa yayılır və ətrafına təsir göstərir. Buna görə də əsas insanın ölümü deyil, ölümündən sonra insanlara göstərdiyi təsirdir. Məncə, yazıçı Elçinin ərtafımızda yaşayan enerjisi bizə həmişə müsbət təsir göstərəcək.  

Naşirlər tez və çox satsınlar deyə dünyanı birdəfəlik kitablarla doldurublar

- Dostum(n)uz Kəramət Böyükçöl kitab maşını ərsəyə gətirib. Hər halda Azərbaycan ədəbiyyat tarixində bəlkə də ilkdir. Sizcə, kitabı insanların ayağına daşımaqla onu dəyərdən salırıq, yoxsa, çağdaş, “relax” həyata adət etmiş oxucu elə bunu istəyir?

- Dövrümüzün şərtləri başqadır. Bazar özünü qorumaq üçün istehlakçının qabağında təzim etməyə məhkumdur. Artıq hər şey öz istehlakçısının ayağına qaçır. Restoranlar, şirkətlər, banklar və s. müştərisinin qapısından qovanda bacasından içəri girirlər. Hər şey özünü alıcısının zövqünə, istəyinə uyğunlaşdırır. Təəssüf ki, bu kitaba qarşı münasibətdə də özünü göstərir. Amma burada yolverilməz bir məsələ var: ən pis kitablar oxucunun zövqünə hesablanmış kitablardır. Bu kitablar oxucu yetişdirmir və buna görə də nəsildən-nəsilə ötürülmür. Prezervativ kimi istifadə olunurlar. Naşirlər tez və çox satsınlar deyə bu gün bütün dünyanı bu cür birdəfəlik kitablarla doldurublar. Bu cür kitablar dəyər yaratmaq məqsədi olmayan kitablardır. Eko yazırdı ki, mətnin niyyəti “nümunəvi oxucu”sunu yaratmaqdır. Təəssüf ki, bu gün kitablar sıravi oxucuların əlinə baxır. Bu çox böyük və vahiməli mövzudur.

- Bir şair, yazıçı kimi süni zəkadan istifadə edirsinizmi, edirsinizsə, bu, daha çox nə ilə bağlıdır, effektini görürsünüzmü?

- Hələ ki, ehtiyacım yoxdur. Bir-iki dəfə bəzi mövzularda sual verdim. Cavabından hiss etdim ki, məlumat bazası səthidir. Bəlkə də, bizim dildə belədir. Hər halda, mən özümü öz dilimizdə yazan, danışan istənilən süni zəkadan daha çox məlumatlı hesab edirəm. Məsələn, Məhəmməd Əmin Rəsulzadə haqqında sual versəniz özünüz də bunun şahidi olacaqsınız.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Avqust 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri